![]() |
|














Eldar Mahmudovun “AKULASI“ və... - Azərbaycandan ofşora ötürülən milyonlar və digər dolaşıq işlər
Tarix 01.01.22, 21:14 |
|

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin keçmiş rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi artıq üç aydır davam edir. Məhkəmə iclasları açıq elan olunsa da, mətbuat nümayəndələri prosesə buraxılmırlar. Keçmiş MTN-çilərin cinayət işi üzrə 32 nəfər zərərçəkmiş qismində tanınıb.
Virtualaz.org-un xəbərinə görə, zərərçəkmişlərdən biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Anar Heydərovdur. İş adamı ifadəsində deyib ki, 2004-cü ildə ”İT Soliton”MMC-ni təsis etmişdi. Şirkət fəaliyyəti informasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı idi.
Biznesmenin “akula” ilə tanışlığı, lənətə gəlmiş həmin görüş...
Lakin Heydərov bu kimi modern biznes sahələri ilə məşğul olmaqdaykən MTN kriminal bandasının toruna düşüb, həm də öz ayağı ilə.
Belə ki, 2010-cu ilin yanvarında Bakı Əyləncə Mərkəzində Aydın adlı dostu A.Heydərovu “Akula Akif” ləqəbli Akif Mustafayevlə tanış edib. Tanışlıq zamanı “Akula Akif” ölkədə “istənilən məsələni həll etməyə qadir olan şəxs”, həmçinin sabiq MTN naziri Eldar Mahmudovun yaxın adamı kimi tanıdıb.
Əlbəttə, biznesmen üçün belə qüdrətli “akula” ilə tanışlıq göydəndüşmə fürsət idi, özü də Azərbaycan kimi ölkədə. Tanışlıqdan sonra başlayan münasibətlər sayəsində “Akula Akif” A.Heydərovun şirkəti ilə MTN-in maddi texniki təminat şöbəsi arasında 5 illik podrat müqaviləsinin bağlanmasını təmin edib. Müqaviləyə əsasən MTN-in inzibati binalarında yanğından mühafizə sistemlərinə xidmət göstərilməliydi.
Sonradan A.Mustafayev iş adamına deyib ki, mütəmadi olaraq xarici ölkələrə səfər etməli olur. Şengen vizaları aldığına görə onu da rəhbərlik etdiyi şirkətə işə götürməyi xahiş edib. A.Heydərov da onunla razılaşıb və adını şirkətə menecer kimi rəsmiləşdirib.
Etibar Əliyevi MTN apardı, pullar ödənilməmiş qaldı
A.Heydərov deyir ki, təxminən bir il sonra uzun zamandan bəri tanıdığı “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında E.Əliyev MTN əməkdaşları tərəfindən həbs edilib. Həmin vaxt bankın ona 1 milyon 980 manat borcu qalıb.
A.Mustafayevlə tez-tez görüşdüklərindən bu barədə onun da məlumatı olub. Hətta A.Mustafayev deyib ki, MTN-nin idarə rəisi Füzuli Hüseynov ona zəng vurub, Etibar Əliyevin oğlu ilə A.Heydərov arasında tez-tez telefon danışıqlarının olduğuna görə onu da tutmaq istədiklərini deyib. “Akula” vəd verib ki, Heydərova kömək edəcək, onu MTN-nin tilovundan qurtaracaq.

Akula Akif
Bir neçə gün sonra F.Əliyev iş adamının işlədiyi ofisə gəlib.
“Mən bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa Etibarla birlikdə səni də tutacaqdım” deyib, amma pul tələb etməyib.
“Akula” 500 min “qazanır”
Bu söhbətdən iki gün sonra isə A.Mustafayev şirkət rəhbərinə deyib ki, “Texnikabank”ın ona olan borcunun qaytarılmasına köməklik göstərəcək. Əvəzində isə 500 min manat da ona verməsini tələb edib. İş adamının razılaşmaqdan başqa çarəsi qalmayıb.
Zərərçəkmiş deyir ki, bir neçə aydan sonra “Texnikabank” tərəfindən pulları həqiqətən geri qaytarılıb. Belə ki, bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğində müqavilə bağlanıb, müqavilənin şərtlərinə görə bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “Texnikabank”dakı hesabına 1 milyon 980 min manat pul köçürülüb. Həmin pulun 650 min manatı “Texnikabank”a olan kreditə görə silinib. Qalan məbləği hissə-hissə nağdlaşdırıb və iyul ayına kimi bankdan götürüb. Və “akula” haqqını alıb.
Etibar Əliyev
“Şirkətdəki ofisimdə birinci dəfə 200 min manat, ikinci dəfə 150 min manat, üçüncü dəfə 150 min manat Akif Mustafayevə şirkətin menecerinin yanında pul vermişəm”, - zərərçəkən deyir.
İşlər dolaşır, bankdan götürülən pulları qaytarmaq tələb edilir.
2013-cü ilin yanvarında A.Mustafayev şirkət rəhbərinə Beynəlxalq Bankın İdarə Heyətinin o zamankı sədri Cahangir Hacıyevlə görüşdüyünü deyib: “Cahangir Hacıyev ona deyib ki, “Texnikabank”ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdır. Mən Anar Heydərova 4 milyon manat kredit verəcəyəm, bir hissəsini “Texnikabank”a ödəyin, qalan hissəni də istifadə edib, faizlərini verin”.
Şirkət rəhbəri buna etiraz edəndə hədə-qorxu ilə üzləşib. A.Mustafayev ona “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını “Beynəlxalq Bank” qaytaracaq” deyib.
Mövlam Şıxəliyev
Həmin ərəfədə iş adamına MTN-dən zənglər gəlməyə başlayıb. Nazirliyə çağırılan iş adamı müstəntiq tərəfindən dindirildikdən sonra otağa Təhsin Ağayev daxil olaraq ona “indi generalın yanına gedəcəksən” deyir, onu Mövlam Şıxəliyevin otağına aparır. M.Şıxəliyev ona deyir: “Mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, özü sənə deyəcək, get iki-üç günə məsələni həll elə”.
A.Heydərov Şıxəliyevin kabinetini belə təsvir edir: “Otağın sahəsi təxminən 70-80 kvadrat metr idi, girişdən üzbəüz geniş “T” formalı iş masası, masanın arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan pəncərə vardı. Xüsusilə kabinetin “salat” rəngli divar kağızı diqqətimi çəkdi. Həmin vaxt Mövlam Şıxəliyev mülki geyimdə idi”.
“Akula”nı xilaskar bilib, amma sonra başa düşüb ki...
Həmin gün MTN-dən çıxandan sonra M.Şıxəliyevin onu həbsə atacağından narahat olan iş adamı A.Mustafayevə görə sərbəst buraxıldığını hesab edib. Lakin sonradan bütün bunların qurama olduğunu, M.Şıxəliyevin Akif və MTN polkovniki Elşad Mahmudzadə ilə əlbir olub başına oyun açdıqlarını başa düşüb. M.Şıxəliyevin yanından çıxdıqdan sonra “Akula Akif”lə “Qurd qapısı”nda görüşüb, ona M.Şıxəliyevlə görüşü barədə danışıb.
A.Mustafayev sahibkarı arxayın salaraq, məsələni danışıb həll etməsi üçün MTN-nin E.Mahmudzadə adlı idarə rəisinə onu tapşıracağını deyib.
İş adamı həmin gün axşam saatlarında “Maestro” restoranında A.Mustafayev və E.Mahmudzadə ilə görüşüb. E.Mahmudzadə ona M.Şıxəliyevlə danışıb xəbər edəcəyini deyib. Ertəsi gün yenidən eyni restoranda görüşüblər. MTN əməkdaşı sahibkara “Mövlam Şıxəliyevlə danışdım, sənin tutulmamağın üçün 500 min dollar istəyir” deyib. Tutulacağından ehtiyat edən sahibkar 300 min dollar verə biləcəyini, bu məbləğə M.Şıxəliyevi razı salmalarını onlardan xahiş edib. E.Mahmudzadə axşam M.Şıxəliyevlə parkda gəzərkən onunla bu barədə danışıb razı salacağını söyləyib.
300 min dollar, üstəlik 10 min dollar “hörmət”
Ertəsi gün eyni məkanda təkrar görüşdükdə iş adamı özüylə gətirdiyi 300 min dolları E.Mahmudzadəyə verib. MTN əməkdaşı getdikdən sonra A.Mustafayev “dost”una E.Mahmudzadənin neçə gündür bu işə görə M.Şıxəliyevi razı salmaqdan ötrü “əziyyət çəkdiyini deyib” və ona “hörmət” olaraq 10 min manat verməsini istəyib. “Akula Akif”in bu sözündən sonra çantadakı 10 min manatı da E.Mahmudzadəyə çatdırmaq üçün ona verib.
Anar Heydərovu tələb olunan məbləğ alındıqdan sonra ifadəsində dəyişiklik etmək üçün onu yenidən MTN-ə çağırıblar. Müstəntiqin qəbulunda olub, ifadəyə imza edib. Bu dəfə müstəntiq də onunla mülayim davranıb. Hətta söz arası “sənin məsələn bağlandı” deyib.
İş adamı deyir ki, bundan sonra məcbur olub A.Mustafayevin təklifi ilə razılaşaraq Beynəlxalq Bankdan 4 milyon kredit götürüb. 2013-cü ilin iyulunda A.Mustafayevin təşkilatçılığı əsasənda Beynəlxalq Bankın Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza atıb.
Beynəlxalq Bankdan offşora ötürülən milyonlar
O bildirir: “Əslində həmin vaxt başqa bankda kredit xəttim vardı. Ona görə Beynəlxalq Bankdan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə Beynəlxalq Bankdan hesabıma 2 milyon 500 min manat pul daxil olundu. Həmin məbləğ rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Baltik ölkələrindən hansındansa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat “Texnikabank” a köçürüldü. 1milyon 643 manat pul rəhbərlik etdiyim şirkət tərəfindən biznesin inkişafına xərcləndi”.
A.Heydərov sonradan biznesin başqa sahəsinə keçib, amma “akula” ondan əl çəkməyib. Bildirir ki, 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılığa gəliblər. Çox keçməyib ki, “Akula Akif” bundan xəbər tutub və şirkətə şərik olmasını tələb edib.
“Hədə-qorxu gəldi deyə məcbur olub razılaşdıq. Şirkətin biznes ideyası Aydına, investisiyaya qoyulan 700 min manat isə mənə aid olub. Şirkət İsrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabrında Akif 45 faiz ona, 45 faiz qohumuna, 10 faiz isə Aydına məxsus olmaqla şirkətin yeni nizamnaməsinı tərtib etməyə məcbur edib. 2015-ci ildə şirkət fəaliyyətini dayandırıb”, - zərərçəkən bildirir.
Xatırladaq ki, 2015-ci ildə MTN-də məlum əməliyyat başlayan gün “Akula Akif” Azərbaycandan qaçıb, hazırda İnterpol xətti ilə beynəlxalq axtarışdadır.
Xəbərin oxunma sayı : 1969
Gündəm
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV