Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Eldar Mahmudovun oğlunun əməlləri üzə çıxdı - Görün nə işlə məşğul imiş

Tarix 24.06.19, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Günəş” şirkətinə məxsus 732 kvadrat metrlik qeyri-yaşayış sahəsini onun rəhbərinin əlindən almaqda ittiham olunur.

Müəssisənin rəhbəri Əsgər Məmmədov A.Mahmudova qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırıb. 

Göstərib ki, 2008-ci ildə onların arasında bağışlanma müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Nobel prospektində yerləşən binanın iki mərtəbəsində (5-ci mərtəbədə 364, 6-cı mərtəbədə 368 kv. metr) yerləşən qeyri yaşayış sahələrini Ə.Məmmədov A.Mahmudova bağışlayır.


Ə.Məmmədov məhkəmədə bildirib ki, həmin əmlakı o dövrdə 1 milyon 600 minə satmaq istəyib. Eldar Mahmudovun oğlu isə atasının vəzifəsindən sui-istifadə edib, həmin əmlakı onun əlindən alıb, pulunu da ödəməyib. Rəsmiləşdirmək üçünsə bağışlanma müqaviləsi bağlanıb.

Ə.Məmmədov həmin müqavilənin də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən A.Mahmudovun adına verilmiş çıxarışların da ləğv olunmasını istəyib.

Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını ləğv edib, Ə.Məmmədovun xeyrinə qərar çıxarıb. A.Mahmudovun vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə də onun şikayətini təmin edərək, aşağı instansiyanın qərarını ləğv edib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

İkinci dəfə bu işə baxan apellyasiya məhkəməsi bu dəfə fərqli qərar çıxarıb – Ə.Məmmədovun şikayəti təmin edilməyib, A.Mahmudovun xeyrinə olan qərar qüvvədə saxlanılıb.



Xəbərin oxunma sayı : 244




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap