Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Eldənizin tükürpədən qisas planı: keçmiş arvadını öldürdü, azyaşlı qızını isə... – Şok təfərrüat

Tarix 28.03.19, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


Qazax rayonunda dəhşətli qətl törətməkdə təqsirli bilinən paytaxt sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

AzFakt.com xəbər verir ki, Eldəniz Babayev Gürcüstan Respublikası, Bolnisi rayonu, Gülör kəndində qeydiyyatda olan Səməd Məmmədovla (cinayət işində adı keçən zərərçəkmiş və onun ailə üzvlərinin ad və soyadları şərti verilib – red.) 2012-ci ilin yaz aylarında təsadüfən tanış olub.

Təsadüfü tanışlıq və evlilik

O, Səməd Məmmədovla birlikdə sonuncunun Xətai rayonu ərazisində kirayədə yaşadığı evə gəlib. Eldəniz həmin vaxt Səmədin qızı, 1997-ci il təvəllüdlü Elmira Məmmədova ilə tanış olub.

O, evlənmək məqsədilə Elmiranı Xətai rayonu, Kərimağa Kərimov küçəsindəki evinə aparıb. Eldəniz 17 iyul 2012-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmadan Elmira ilə ailə qurub və “Xan Çinar” restoranında toy ediblər.

Ayrılsa da münasibət saxladı

Həmin vaxt Elmiranın on altı yaşı olmayıb. Buna baxmayaraq, Eldəniz onunla könüllü surətdə mütəmadi cinsi əlaqədə olub, təxminən bir il altı ay ər-arvad münasibətlərində yaşayıblar. Onlar uşaqları olmaması səbəbindən ayrılıblar, Elmira valideyninin evinə qayıdıb.

Eldəniz Babayev 19 aprel 2014-cü il tarixdə Mehriban Babayeva ilə ailə həyatı qursa da, Elmira ilə münasibət saxlamaqda davam edib.

Qətl planı

Eldəniz 2016-cı ilin aprel-may aylarında Elmiranın ona xəyanət etdiyini ehtimal edib. Elmiranı Gürcüstana aparıb, orada qısqanclıq zəminində qisas almaqla üçün onu qəsdən öldürmək qərarına gəlib.

Əvvəlcədən hazırladığı plana əsasən, Eldəniz Elmiranı ikincinin 2015-ci ildə anadan olan qızı Fatimə ilə birlikdə 2016-cı ilin iyunun 14-də, gecə saatlarında Bakı şəhərindən Bakı-Böyük Kəsik qatarı ilə Ağstafa rayonu Sadıxlı kəndinə gətirib.

Onlar yyunun 15-də, saat 9 radələrində həmin kəndin ərazisində yerləşən “Sadıxlı” sərhəd keçid məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçiblər. Daha sonra Eldəniz ana və qızını yaxınlıqda yerləşən yaşayış məntəqəsində kirayələdiyi evə aparıb.

Gürcüstanda öldürə bilmədi

O, Elmiranı Gürcüstanda öldürmək üçün münasib şəraitin olmadığı qənaətinə gəlib. Eldəniz Elmiranı və qızı Fatiməni istirahət etmək adı ilə Qazax rayonu, Cəfərli kəndinin ərazisinə gətirməyi qərarlaşdırıb.

İyunun 18-də səhər saatlarında Eldəniz Elmira və Fatimə ilə birlikdə “Sadıxlı” sərhəd keçid məntəqəsini keçib, istintaqa məlum olmayan taksi avtomobili ilə Qazax rayonu, Cəfərli kəndinin ərazisində olan “Bayram” bulağının yaxınlığındakı restorana gəliblər.

Onlar orada evdə hazırlayıb gətirdikləri yeməyi yedikdən Eldəniz saat 14 radələrində ana və qızı yaxınlıqdakı Ağstafa çayının sol sahilinə aparıb.

Qadını öldürdü, çaya atdı

Eldəniz özləri ilə götürdükləri əşyaları və azyaşlı Fatiməni çayın sahilində qoyub, Elmira ilə oradan bir qədər uzaqlaşıb və qadından ona başqa kişilər ilə xəyanət edib-etmədiyini, azyaşlı Fatimənin bioloji atasının kim olduğu barədə suallar verib. Bu zaman Elmira ona nalayiq ifadələrlə cavab verib.

Bundan sonra Eldəniz Babayev şübhələrinin əsaslı olması qənaətinə gəlib, Elmira və azyaşlı Fatiməni qəsdən öldürmək qərarını qətiləşdirib.

O, Qazax şəhərindən aldığı bıçaqla Elmiranın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub. Elmira aldığı 13 bıçaq xəsarətindən hadisə yerində ölüb.

Daha sonra o, cinayətin izini itirmək məqsədilə Elmiranın meyitini həmin ərazidən keçən “Ağstafa” çayına atıb. Sonra isə azyaşlı Fatiməni öldürmək qərarına gəlib.

Azyaşlı Fatimənin dəhşətli qətli

O, azyaşlını Ağstafa çayının orta hissəsində yerləşən kol-kosla əhatə olunmuş yerə gətirib. Orada azyaşlını boğaraq öldürüb. Sonra meyitin tapaılmaması üçün üstünü kol-kosla örtüb.

İyunun 19-da, səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Qətlin üstü necə açılıb?

Aparılan araşdırmalar nəticəsində cəsədi tapılan qadının Gürcüstan vətəndaşı Elmira olduğu müəyyən edilib. Qətli törətmiş Qazax rayonunun Qarapapaq kənd sakini, əvvəllər məhkum olunmuş Eldəniz Babayev iyunun 23-də könüllü olaraq Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə gələrək istintaqa təslim olub.

İstintaqa ifadə verən Eldəniz Babayev Elmiranın azyaşlı qızı Fatiməni də boğaraq öldürdüyünü etiraf edib.

O, istintaqa azyaşlı Fatimənin yerini söyləyib. Məlumat alan hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı Fatimənin cəsədini Ağstafa çayı yaxınlığında aşkar ediblər.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Eldəniz Babayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Ana və qızını öldürən qatilin son etirafı

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Babayev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Eldəniz Babayev apelyasiya şikayəti verib.

O qeyd edib ki, Elmira onun faktiki arvadı olub, uşağın başqa kişidən, yəni yaxın dostundan olduğunu eşidib.

Bunu bildiyi üçün Elmiranı qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində öldürüb. Həmçinin deyib ki, azyaşlı Fatiməni öldürməyib, Fatiməni axar suyun içində deyil, çayın qırağında sağ-salamat qoyub və hadisə yerindən gedib.

O, ittiham olunduğu Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə ona bəraət verilməsini istəyib.

Digər maddələr üzrə icraata xitam verilməsini, əməlini Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) və 143-cü (təhlükədə qoyma) maddələri ilə ittiham edilməsini xahiş edib.

Ömürlük cəza qüvvədə qaldı

Gəncə Apelyasiya Məhkəməsində Eldəniz Babayevin şikayəti araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, Eldəniz Babayevin apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Eldəniz Babayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada Eldəniz Babayevin kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti sonda kasasiya şikayətinin əsassız olduğunu açıqlayıb və ömürlük azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.



Xəbərin oxunma sayı : 1039




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap