“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ellada Kərimova MTN-nin keçmiş polkovnikinin köməyi ilə ölkədən qaçdı - Böyük dələduzluqda ittiham olunur

Tarix 26.06.20, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


“Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib.

Virtualaz.org xəbər verir ki, “Mandarin Travel” turizm şirkətinin direktoru Ellada Kərimova onlarla vətəndaşın pullarını mənimsəməkdə ittiham olunur. Aldanan müştərilər hüquq-mühafizə orqanlarına müraciət ediblər, bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsi Xətai Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanılması barədə vəsatət göndərib.

Ellada Kərimova 15 ildən çoxdur turizm agentliyinə rəhbərlik edib. Dələduzluqla bağlı cinayət işi təkcə onun özünə deyil, həmçinin əri Ceyhun Abbasov və oğlu Elmeddinə qarşı da açılıb. Ancaq Kərimova keçmiş MTN polkovniki Ofeliya Əbilhəsən qızı Mahmudova kimi nüfuzlu bir himayədar tapıb.


Ofeliya Mahmudova

Mahmudovanın əlaqələri sayəsində Ellada Kərimova və övladları Elmeddin və Tamara ölkədən qaçmağı, hətta xaricdə iş tapmağı da bacarıblar. Kərimovanın əri Ceyhun Abbasov Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikinin “canlı girovu” olaraq qalıb.

Bununla yanaşı, Ellada Kərimova tərəfindən aldadılan vətəndaşlar polisə müraciət etməyə başlayıb, bundan sonra cinayət işi aktuallaşdırılaraq Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Ellada Kərimovanın özü də axtarışa verilib.


Elməddin Kərimov




Xəbərin oxunma sayı : 2323




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap