Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Elm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır?

Tarix 10.10.25, 17:05

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyi "respublikanın bir sıra təhsil müəssisələri"ndə kommunal-kommunikasiya və abadlıq işləri aparacaq.

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı nazirliyin elan etdiyi tenderə yekun vurulub. Tenderin qalibi "S.H. İnşaat Xidməti” MMC olub.

Nazirlik sözügedən şirkətlə 8.095.862,39 AZN-lik müqavilə imzalayıb. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 1 207 073,42 AZN azdır. 

Maraqlıdır ki, nazirlik təmir və abadlıq işlərinin aparılması ilə bağlı məlumat qeyd etsə də, həmin abadlıq işlərinin hansı məktəblərdə aparıldığı açıqlanmayıb. Bu da tenderlə bağlı şübhələri artırır. 

Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi hələ ötən il də "S.H İnşaat Xidməti" ilə yuxarıda qeyd edilən satınalma predmeti üzrə 3 492 100,54 AZN-lik satılnalma müqaviləsi imzalamışdı. 

Həmin ildə nazirlik bir çox məktəblərdə təmir-tikinti ilə bağlı elan etdiyi tenderlərin nəticələrin və qalib şirkətlərin adlarını açıqlasa da, abadlıq işləri apardığı təhsil müəssisələrin adlarını qeyd etmir. Bu da həmin tenderlərlə bağlı şübhəli məqamların olduğunu göstərir. 

Qanuni təmsilçisi Səməd İsmayıl oğlu Heydərov olan şirkət haqqında açıq mənbələrdə əlavə məlumatlara rast gəlinmir. Nizamnamə kapitalı 50 manat olan şirkət bir çox dövlət qurumlarının keçirdiyi iri məbləğli tenderlərin qalibi olub. 



Xəbərin oxunma sayı : 1384




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap