|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Elman Rüstəmov “Üzməkdən” imtina etdi – “Dayanan məzənnə rejimi”nə keçib
Tarix 05.02.19, 11:22 |
|
Elman Rüstəmov çıxış etdikdə, çoxları “bu adam danışırsa yenə Dollar bahalaşacaqdır” şəkilində düşünür
Ötən həftənin şənbə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək dedi ki, bu söz-söhbətlər qeyri-ciddidir.
“Marja”nın məlumatına görə, Elman Rüstəmov bir neçə göstəricini səsləndirərək dedi: “Ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artıb. 2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə (artıqlıq) və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var”.
Diqqəti çəkən Mərkəzi Bankın sədrinin “dayanıqlı məzənnə” ifadəsini işlətməsi idi. Dayanıqlı sözünün digər mənaları dayanan, sabit və ya dəyişməyən deməkdir.
Elman Rüstəmov bildirdi ki, 2019-cu il və ortamüddətli (1 ildən 3 ilə qədər) dövr üçün bütün parametrlər (makroiqtisadi sabitlik, yeni büdcə qaydaları və aşağı inflyasiya) dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur.
Elman Rüstəmovun sözlərindən belə çıxır ki, Azərbaycan “dayanan məzənnə rejimi”nə keçib. Əgər məzənnə hərəkətə gələrsə makroiqtisadi sabitlik pozula, o cümlədən inflyasiya yüksələ bilər.
Bir ölkənin makroiqtisadi sabitliyinin məzənnədən bu qədər asılı olması doğru deyil.
Bir neçə il öncə Mərkəzi Bank Azərbaycanın “üzən” məzənnə rejiminə keçdiyini açıqlamışdı. Bank dəfələrlə qeyd edib ki, valyuta hərraclarında məzənnə tələb və təklif əsasında formalaşır.
Daha sonra Mərkəzi Bankın sədri məzənnə rejimi barədə ifadəni dəyişərək, Azərbaycanda “tənzimlənən üzən məzənnə” rejiminin olduğunu açıqlamışdı.
2019-cu ildə isə Mərkəzi Bankın sədri “dayanıqlı” və ya “dayanan” məzənnə rejimindən danışır. Artıq 2 ilə yaxındır Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində qalması Mərkəzi Bankın sabit (dayanan) məzənnə rejiminə qayıtdığını göstərir.
Həqiqətən hərraclarda məzənnə tələb və təklif əsasında formalaşırsa valyuta təklifinin çox olduğu dövrlərdə Manat bahalaşmalı, tələbin yüksək olduğu dövrdə isə ucuzlaşmalı idi. Lakin məzənnə tərpənmir.
Ötən şənbə günü Mərkəzi Bankın faiz qərarından sonra keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov elə özü etiraf etdi ki, 2018-ci ilin Yanvar-Mart aylarında Dövlət Neft Fondunun valyutanı satmaqda çətinlikləri olub. Qeyd edək ki, Dövlət Neft Fondu büdcəyə transfert üçün vəsait satır.
Elman Rüstəmov: “Neft Fondunun valyutanı satmaqda çətinlikləri var idi. Əvvəlki aylar bazar bütün təklifi qəbul edə bilməmişdi”.
Əgər tələb və təklif qanunu işləsəydi Manat Aprel ayınadək bahalşamalı idi. Lakin bu müşahidə olunmayıb.
Eyniz zamanda Elman Rüstəmov bildirdi ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq Azərbaycanda valyutaya tələb daha çox olub: “Ticarət tərəfdaşlarımızın milli valyutalarının sürətli dəyərdən düşməsi Azərbaycan bazarına psixoloji və digər kanallar ilə təsir göstərdi. Əvvəlki aylar Neft Fondunun sata bilmədiyi valyutanı Aprel və Avqust aylarında satmaqla bazarın tələbini ödədik”.
Manat üçün təhlükənin yarandığı Avrel və Avqust aylarında da hərraclarda məzənnən dəyişməmişdir.
Həmçinin Elman Rüstəmov mətbuat konfransında bildirdi ki, valyuta (Dollar) təklifinin tələbi üstələdiyi hərraclarda Mərkəzi Bank bazardan valyuta alışı etməyib. Yəni, Dövlət Neft Fondunun sata bilmədiyi valyuta Mərkəzi Bank tərəfindən alınmayıb. Əgər Mərkəzi Bank belə bir əməliyyat etsəydi dövriyyəyə əlavə Manat kütləsi daxil olardı. Eyni zamanda, Elman Rüstəmov Dollara tələbin yüksək olduğu hərraclarda Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilmədiyini də qeyd etdi.
Digər tərəfdən unudulmamalıdır ki, müasir dövrdə məzənnəninin formalaşması təkcə fundamental göstəricilərdən asılı deyil. Siyasi, hərbi, psixoloji amillər də məzənnəni dəyişə bilir. Xarici şərtlərin sürətlə dəyşməsi riski hər zaman aktualdır.
Digər tərəfdən, məzənnənin ixracı stimullaşdırması funksiyası kənara qoyulub. Azərbaycanın xurma, pomidor, fındıq, şərab ixracatçıları Dolların 1.70 səviyyəsində qalmasından razı deyillər. Onlar xarici bazarlarda rəqabət qabiliyyətlərinin azaldığını və bu səbəbdən milli valyutanın bir qədər də ucuzlaşdırılmasını istəyirlər. Rəqəmlər də, Azərbaycanın qeyri-neft məhsullarının ixracındakı artım tempinin aşağı düşdüyünü göstərir.
Elman Rüstəmovun sözlərinə istinad etsək, əhali və ixracatçılar bilməlidirlər ki, Azərbaycan “dayanan” və ya “sabit” məzənnə rejimindədir. Ortamüddətli dövrdə, başqa ifadə ilə 3 il ərzində Dolların 1.70 səviyyəsində saxlanılması hədəflənir.
Bu məqalə ilə Mərkəzi Bankın nəyisə düz və ya səhv etdiyini sübut etmək niyyətimiz yoxdur. Qeyd etmək istədiyimiz Mərkəzi Bankın ictimaiyyət ilə ünsiyyətinin düzgün qurulmamasıdır.
Əhaliyə və iş dünyasına məzənnə siyasəti tam aydın olmalıdır. Məzənnə rejiminin “üzən”, “tənzimlənən üzən”, yoxsa “sabit” olduğu dəqiq bəyan edilməlidir. Əhali üçün, “Neftin qiyməti yüksək, tədiyyə balansımız profisitli və Neft Fondunun tranfertləri olduğundan Dollar bahalaşmayacaqdır” şəkilində açıqlama vermək tam doğru deyil.
Makroiqtisadi sabitlik, məzənnə üçün bütün risklər səmimi etiraf edilməlidir. Elman Rüstəmov çıxış etdikdə, çoxları “bu adam danışırsa yenə Dollar bahalaşacaqdır” şəkilində düşünür. Ola bilsin ki, Elman Rüstəmovun dili ağırdır, mürəkkəb ifadələrdən istifadə edir və insanlar onu başa düşməkdə çətinlik çəkirlər. Bir yolla Mərkəzi Bank ictimaiyyət ilə səmimi və başadüşülən ünsiyyətini qurmalı, etibarını bərpa etməlidir.
Əlavə edək ki, Mərkəzi Bankın sədri “devalvasiya” termini əvəzinə “Manatın məzənnəsinin yumuşalması” və ya “Manatın məzənnəsinin çevikləşməsi” ifadələrinin işlədilməsini tövsiyyə edib. Bu tövsiyyə “dayanıqlı məzənnə” rejimi ilə ziddir.
“Ümumiyyətlə devalvasiya sözündən az istifadə edin. “Manatın məzənnəsi yumuşalacaqmı?”, Manatın məzənnəsi çevikləşəcəkmi? Belə suallar peşəkar görünür. Mən istəyirəm ki, ekspertlərimiz çıxışlarında çevik məzənnə, üzən məzənnə və devalvasiya arasındakı fərqlərə aydınlq gətirsinlər: Devalvasiya nədir? Üzən məzənnə nədir? Məzənnənin hər hansı bir aralıqda dəyişməsi nədir? Bunlar fərqli anlayışlardır”,- Elman Rüstəmov demişdir.
Əgər bu gün Azərbaycanda sabit məzənnə mövcuddursa, əhalinin və ekspertlərin devalvasiya terminindən istifadə etməsi səhv deyil. Devalvasiya sabit məzənnə rejimindəki bir ölkənin milli valyutasının digər ölkələrin valyutaları qarşısında dəyərinin aşağı salınmasıdır. Üzən məzənnə rejimində olan ölkənin milli valyutasının dəyərinin aşağı düşməsinin adı isə milli valyutanın ucuzlaşmasıdır. Azərbaycanda “üzən” məzənnə rejimi müşahidə edilmədiyindən, devalvasiya terminindən imtina edilmir.(marja.az)
Xəbərin oxunma sayı : 364
İqtisadiyyat
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV