Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb –Nələr müzakirə edilib?

Tarix 13.06.19, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlər üzrə mövcud olan qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinə dair, o cümlədən yeni ikitərəfli Saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq perspektivləri və s. mövzular üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı durumu, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində keçirilmiş son görüşlər, eləcə də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat əməlləri ilə bağlı Aİ komissarını məlumatlandırıb. Bölgədə dayanıqlı sülhün və davamlı inkişafın təmin olunması üçün münaqişənin həlli və ölkələrin bir-birilərinin beynəlxalq tanınmış sərhədlərinə hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.




Xəbərin oxunma sayı : 172




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap