Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb- Müzakirə

Tarix 31.10.19, 10:29

Font ölçüsü : - / +
bitmap-img6


Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa ittifaqının Cənubi Qafqaz və Gürcüstanda böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə görüşünə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün təbrik edib.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının 18-ci Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin və Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu vəziyyətin saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd etdi.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll edilməsinin vacibliyini qeyd edildi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.




Xəbərin oxunma sayı : 397




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap