İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı Aygünün qızından yeni fotolar Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“ Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”
Axtar
 
  • / Maqazin / — 11 Dekabr 2018

    İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

  • / Maqazin / — 29 Noyabr 2018

    Aygünün qızından yeni fotolar

  • / Maqazin / — 28 Noyabr 2018

    Səmranın sözləri tənqid edildi: “Nə edirsən böyük ombanı, silkələ getsin“

  • / Hadisə / — 12 Noyabr 2018

    Fədayə Laçının vəkilləri müdafiə çıxışı ediblər – “Səhhəti ağırdır”

  • / Maqazin / — 06 Noyabr 2018

    Bella Hadid alt paltarı reklamında - Fotolar

  • / Maqazin / — 03 Noyabr 2018

    İrina Şeykdən ayrılıq xəbərlərinə cavab

Elmar Məmmədyarov Bağdad Amreyevlə görüşdü –Nələr müzakirə olunub?

Tarix 06.12.18, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Elmar Məmmədyarov  bu gün Milanda ATƏT Nazirlər Şurasının 25-ci iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən AzFakt.com-a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq hazırda da bu qurumun BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirdiyini bildirib. O, ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verməklə, konkret layihələr və təşəbbüslər üzərində işlədiyindən bəhs edib.

B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bu mənada o, Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulayıb və 2019-cu ildə təşkil ediləcək Zirvə toplantısının yenə də Azərbaycanda baş tutacağının rəmzi xarakter daşıyacağını ifadə edib.

Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.



Xəbərin oxunma sayı : 217

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda