Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

Elmar Məmmədyarov Nyu-Yorkda ikitərəfli görüşlər keçirdi

Tarix 22.09.17, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Keniya Respublikasının Xarici Əlaqələr və Ticarət naziri Amina Mohamed , Kosta Rika Respublikasının Xarici Əlaqələr və Etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikasının Xarici Əlaqələr üzrə Dövlət Katibi Miqel Varqas Maldonado, Kolumbiya Respublikasının xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley , Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker və İspaniya Krallığının Xarici Əlaqələr və Əməkdaşlıq məsələri üzrə naziri Alfonso Dastis ilə ikitərəfli görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunub.

Bu xüsusda, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb, ikitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Habelə, görüşlərdə sözügedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşlərdə tərəflər arasında BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Görüşlər əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı, Ermənistanın müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri və işğala əsaslanan “status-kvo”nu saxlamaq siyasəti barədə həmkarlarına müfəssəl məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib. E. Məmmədyarov münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə Azərbaycan tərəfdən nazir Elmar Məmmədyarov və Kolumbiya tərəfdən nazir Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Naziri arasında idman və mədəniyyətin təşviqinə dair” Bəyannaməni imzalayıblar.



Xəbərin oxunma sayı : 229

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda