Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmin aça bilmədiyi 10 lənətlənmiş obyekt - Video

Tarix 13.01.17, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


Çoxumuz lənətə inanmırıq. Bununla belə, tarixi məkanlardan, dünyaca məşhur olan ləl-cəvahirat nümunələrinə qədər əşya və obyektlərlə bağlı baş verən sirli olaylardan sonra onları “lənətlənmiş” sözündən başqa necəsə qiymətləndirmək haradasa mümkünsüzdür.

Musavat.com axar.az-a istinadən bu tip obyekt və əşyalardan bir neçəsi ilə ilgili baş vermiş qorxulu olayları təqdim edir:

Tutanxamonun məzarı

Yəqin ki, hər kəsin Tutanxamonun lənətlənməsi haqda məlumatı var.

1923-cü ildə arxeoloqlar içi növbənöv xəzinə ilə dolu olan, əl dəyməmiş bir firon məzarı tapdılar. Üstəlik də sonradan ortaya çıxacaq lənətlə birlikdə. Arxeoloqların sirli şəkildə dəhşətli xəstəliklərə tutulması, bir-birinin ardınca ölmələri hər kəsi heyrətə gətirdi.

Porşe lənəti

1955-ci ildə aktyor Ceyms Dean “Porşe 550 Spider”iylə yol gedərkən böyük qəzaya düşərək həyatdan getdi.

Tikə-tikə olmuş maşının parçaları satışa çıxarıldı və bu işdə maraqlı olanlar müxtəlif hissələri satın aldı. İlk olaraq təmirçi ustanın yarımcan olmasından sonra baş verən qorxulu hadisələr “Porşe”nin lənətli olduğunu deməkdən başqa yol qoymadı.

Basano vazı

XV əsrə aid Basano vazı italyan bir gəlinə hədiyə edilmək üçün düzəldilmişdi. Hədiyəni aldığının ertəsi günü qadının meyiti əlində vaz tutmuş halda tapıldı.

Bu hadisədən sonra vazı alan şəxslər də nəsilləri boyunca cürbəcür sirli ölümlərlə qarşılaşmalı oldu.

1988-ci ildə auksionda vazı alan bir nəfər isə cəmi 3 ay sonra dünyasını dəyişdi.

Buz adam

1991-ci ildə arxeoloqlar Alp dağlarında araşdırma apararkən bir buz kütləsinin içində qorunub saxlanmış mumiya tapdılar.

Mumiyaya “buz adam” adı verib, araşdırmalara başladılar.

Ancaq belə gördünrdü ki, bu tapıntı da eynən Tutanxamonun mumiyası kimi öz lənəti ilə birlikdə gəlib.

Buz adamla yaxından ilgisi olan 7 nəfər həyatını itirdi, ölümlərdən dördünün səbəbi faciəvi qəzalar idi.

Daha ətraflı təqdim etdiyimiz videoda:

<iframe width="730" height="390" src="https://www.youtube.com/embed/oJmxbNskuec" frameborder="0" allowfullscreen></iframe>




Xəbərin oxunma sayı : 157




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap