Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmira Süleymanova:“Məlumatlıyam, rahat olun“

Tarix 21.11.19, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyinin irəli sürülməsinə münasibət bildirib.

E.Süleymanova “Report”a açıqlamasında namizədlərin irəli sürülməsi məsələsindən jurnalistlərdən əvvəl məlumatlı olduğunu deyib.

“Jurnalistlər də bu məsələ haqqında kifayət qədər məlumatlanıblar. Ona görə də rahat olun”, – deyə E.Süleymanova bildirib.

Qeyd edək ki, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq. Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Həmin namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.




Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap