Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Elxan Şahinoğlundan Ərdoğanın kəskin bəyanatına şərh:“Bakı İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz“

Tarix 14.12.17, 3:51

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verdi, artan emosiyalar fonunda bu gözlənilən idi". 

AzFakt.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, "Ərəb dövlətləri dura-dura, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda təcili toplantıya çağrılmasının Türkiyəyə nə xeyri var” sualı da az aktual səslənmir:

"Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik, Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür. Buna baxmayaraq, Ərdoğan İslamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan sulamaq istəyir. 

Tamam, hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, "Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin yeri yoxdur. Bir az keçəcək, Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq".

Elxan Şahinoğlu deyib ki, Ərdoğan Azərbaycanın da təhlükəsizlik maraqları ilə hesablaşmalıdır:

"Biz oturduğumuz yerdə İsraillə düşmən ola bilmərik. Bəli, biz İsrail-Fələstin münaqişəsiylə bağlı BMTqətnamələrinin yerinə yetirilməsini tələb edirik, Trampın Qüds qərarını tənqid edirik, ancaq Bakı bəlli səbəblərdən (silah və neft alqı-satqısı) İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz".



Xəbərin oxunma sayı : 133




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap