Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elxan Məmmədov bu atmacanın cavabını ölkə rəhbərliyinə verməlidi

Tarix 09.10.17, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan oyunundan öncə təşkil edilən mətbuat konfransında Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindel də iştirak edib.O, tədbir zamanı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs olunmuş, sonradan azadlığa çıxan millimizin oyunçusu Cavid Hüseynov haqda da danışıb.
 
"Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxarıldı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin niyə tez sərbəst buraxıldığını izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bu məsələ bizə Cavid Bakıda bizə qarşı oynayandan sonra aydın oldu. Ona kimi hamı yazırdı ki, "niyə Cavid oynayır?". İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il iş verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısaltdılar. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı".
 
Təbii ki, Qrindelin mətbuat konfransına gəlməsi və yaddan çıxmış məsələni yenidən qabartması təsadüfi deyil. Cavid almanlarla Bakıdakı görüşdə də oynamışdı, lakin fakt indi yada salınır. Bu, siyasi məsələdi və Qrindel mərhum jurnalistin aqibətinə görə belə danışmır, iki ölkə arasındakı münasibətlərdən “təsirlənib”.
 
AFFA-nın baş katibi Elxan Məmmədov da tələsik bu açıqlamaya cavab verib: “Düzü, təəccübləndik. Çünki futbol siyasətdən uzaq olmalıdı. Bu, hər zaman FİFA və UEFA-nın tövsiyyələridi. Qərbi Avropadan gələn mesaj belədi ki, idman siyasətdən uzaq olmalıdı. Bugünkü mətbuat konfransında bu məsələnin qaldırılmasına təəccübləndik. Bunu gözləmirdik. Bu, Azərbaycanın daxili işidi və heç kimə bununla bağlı hesabat  verilməməlidi. Hər insana ikinci şans verilməlidi. Cavid Hüseynov peşəkar futbolçudu. Həyatında belə problem var idi və Konstitusiyamıza əsasən artıq milli komanda ilə bərabərdi. Qrindelin yadına salacam ki, futbol siyasətdən uzaq olmalıdı. Səhv etmirəmsə, martda Bakıdakı qarşılaşmada Almaniya Futbol Federasiyasının nümayəndələri bunu soruşmuşdular. Onlara danışmışdım, bunu müzakirə etmişdik. Ancaq bugünkü konfransda bunun əksini dedilər. Söylədilər ki, bu məsələni bizimlə müzakirə edəcəklər. Bilmirəm nəyi müzakirə edəcəklər? Biz heç kimə hesabat vermək məcburiyyətində deyilik. Yadlarına salacam ki, bu barədə söhbət etmişdik”.
 
Detallara varmayacağıq. Çünki siyasi məsələdi və daha çox almanların ölkəmiz haqda mənfi fikir formalaşdırmağına, psixoloji təzyiqə hesablanıb. Bizə maraqlı olan Məmmədovun Qrindellə görüşündə yanında kimin olacağıdı. Berlində uşaq futbol məktəbi layihəsi ilə yüzminlərlə dolları almanlar üçün havaya sovuran Rauf Əliyev, Azərbaycandan 10-12 milyondan çox vəsait aparan Berti Foqts, yoxsa hələ də AFFA-da heç bir iş görmədən 10 ildi ayına 30 min avro (!!!) maaş alan Bernard Lippert? Qoy, Qrindelə cavabı onlar versin. Bu insanlar heç bir iş görmədən futbol məmurlarımızı aldadıb, dövlətimizin pulunu Məmmədov kimi insanların əli ilə talayır, indi də “papaq” atırlar. Elxan Məmmədov bu atmacanın cavabını əvvəlcə Qrindelə, Bakıya qayıtdıqdan sonra isə ölkə rəhbərliyinə verməlidi (futbolinfo.az).



Xəbərin oxunma sayı : 169




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap