“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO

Tarix 27.03.25, 13:36

Font ölçüsü : - / +
bitmap-img6


Elm və təhsil naziri Emin Əmrullayev Paris şəhərinə səfəri çərçivəsində Fransa və digər Qərbi Avropa ölkələrində təhsil alan azərbaycanlı doktorantlarla görüşüb. 

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Azərbaycanın Fransadakı Mədəniyyət Mərkəzində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə elm və təhsil sahəsinin inkişafına davamlı göstərilən dövlət qayğısını vurğulayaraq ali təhsil sistemində son illərdə aparılan islahatlar, təhsil sistemindəki yeniliklər barədə tələbələrə məlumat verib. 

Nazir Qarabağ Universitetində mövcud olan tədris imkanlarını, o cümlədən xaricdə təhsil üzrə cari Dövlət Proqramının müddətinin 2028-ci ilədək uzadılması və doktorantlar üçün müvafiq kvotanın ayrılması məsələlərini xüsusilə vurğulayıb.

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorantların gələcəkdə akademik və elmi fəaliyyəti ilə bağlı imkanlarına dair müzakirələr aparıb.

Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizdə elmi fəaliyyətlə məşğul olmağa, elm və ali təhsilin inkişafına töhfə verməyə çağırıb.







Xəbərin oxunma sayı : 649




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap