Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Energetika naziri yeni razılaşmanı imzaladı – Neft hasilatının azaldılması haqda sazişin müddəti uzadıldı

Tarix 01.12.17, 4:50

Font ölçüsü : - / +
bitmap-img6


Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub.

İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində dünya neft bazarında vəziyyət təhlil edilib:

"Dünya iqtisadiyyatının inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks etdirən təqdimatlar edilib. OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi dəyərləndirilib.Neftin qiymətində tərəddüdlərin tədricən sabitləşmə ilə əvəz olunması, son dövrdə neftin bir barrelinin qiymətinin 60-63 dollar səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft ehtiyatlarının nisbətən azalması və neft bazarında tarazlığın qismən bərpası OPEC+ çərivəsində əməkdaşlığın mütərəqqi nəticələri kimi qeyd olunub.

Bununla belə Vyana razılaşmasını zəruri edən problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdiliklə razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb".

Energetika naziri Pərviz Şahbazov çıxışında bazarda qiymət sabitliyi üçün mühüm faktor olan tələbatın artmasının yaxın perspektivdə proqnozlaşdırılmadığını vurğulayaraq bildirib ki, neftin hazırkı qiymət diapazonunda belə saxlanılması üçün davamlı dəstək verilməlidir.

Nazir tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barrel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb.

“Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı Sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə daha da möhkəmləndirə bilər” – deyə energetika naziri əlavə edib.

Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr “Əməkdaşlıq Bəyannaməsi”nə imza atıblar. Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasını ölkənin maraqlarına uyğun hesab edərək, öz dəstəyini ifadə edib.

Toplantıya 14 OPEC üzvü, kartelə daxili olmayan 17 ölkə nəzərə alınmaqla ümumilikdə 32 ölkə qatılıb. Türkmənistan, Özbəkistan, Çad, Konqo, Misir və Uqanda müşahidəçi qismində iştirak edərək, prosesə dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.



Xəbərin oxunma sayı : 151




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap