Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Erkin Qədirli suallara cavab verdi - “Kütlənini qarşısına çıxmaq...”

Tarix 20.07.20, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


"Məndən soruşurlar ki, Tovuza getməli olmasaydım, Milli Məclisin önündə toplaşmış kütlənin qarşısına çıxardımmı? Cavab nəyimin sorğulanmasından asılıdır. Cəsarətim sorğulanırsa, cavab "hə, çıxardım" olacaq. Qorxaq olduğumu düşünənlərin olduğunu bilirəm, onların mənim haqqımda düşüncələrini dəyişmək istəmirəm. Bir onu deyim ki, onlar yanılırlar. Mən ehtiyatlıyam, amma qorxaq deyiləm".

AzFakt.com xəbər verir ki, bu fikirlər deputat Erkin Qədirliyə məxsusdur.

O bildirib ki, ehtiyatlı olmağının bir səbəbi xasiyyətidirsə, o biri səbəbi də girdiyi işin yükünü daşımaq öhdəliyidir: "Heç kimə və ya heç nəyə görə məsuliyyət daşımayanda cəsarətli davranmaq asan olur. Amma biləndə ki, sənin davranışına görə yalnız özünə, ya da heç də özünə deyil, başqalarına da ziyan dəyə bilər, ölçülü davranmalı olursan. Bununla belə, çox şey gedişatdan asılı ola bilir. Məsələn, yaxın günlərə qədər mən cəbhə bölgəsinə getmirdim. Bu dəfə isə getdim. İmkanlarım və məqsədlərim sorğulanırsa, cavab "yox, çıxmazdım" olacaq. Burasını izah etmək asandır. Birincisi, kütlənin qarşısına çıxmaq üçün tanınmış birisi olmaq gərəkdir. Kütlənin qarşısına elə bir kəs çıxmalıdır ki, kütlədə "bu, kimdir?" sualı yaranmasın. Mən kütlələrin tanıdığı birisi deyiləm, çünki tanınmaq kimi bir məqsədim olmayıb. Bunun üzərində hələ çox işləməliyəm. İkincisi, kütlənin qarşısına çıxmaq üçün, kütlənin gözündə nüfuzlu olmaq gərəkdir. Tanınmaq önəmlidir, amma yetərli deyildir. Gərək elə birisi olasan ki, kütlə sənin dediklərinə önəm versin. Bu gün mənim belə bir üstünlüyüm yoxdur. Bunu da yavaş-yavaş öyrənməliyəm.

Mənim öz üstünlüklərim var, amma onların heç birisi kütlələrlə iş üçün yaramır. Hazırlıqsız (təcrübəsiz) səhnəyə atılmaq olmaz. Mənimlə bağlı yüksək gözləntisi olanlar varsa, hər birisinə təşəkkür edirəm".

E.Qədurliyə görə, ondan gözləntilərin bir çoxu bu gün üçün əsassızdır:

"Gözləntiləri endirmək gərəkdir. Yaxşı işlər yavaş görülür".



Xəbərin oxunma sayı : 607




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap