Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Erməni politoloq: “Ermənistanı Rusiya idarə edir”

Tarix 17.09.17, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


“2018-ci ildə Ermənistanda baş nazir təyinatına dair müzakirələrin nəticələrinə Rusiyanın böyük təsiri var”.

Bu barədə 168.am agentliyinə müsahibəsində politoloq Qaqik Hambaryan bildirib.

Onun sözlərinə görə, bir il ərzində baş nazir hansısa işi görməyə nail olub, lakin bunu əhali öz üzərində hiss etməyib: "Mən Ermənistan vətəndaşı olaraq, bu bir il ərzində insanların həyatına müsbət mənada təsir edən dəyişiklik hiss etməmişəm. Ölkəni tərketmə necə var idi, o cür də davam edir, sosial-iqtisadi vəziyyət kifayət qədər pisdir. Bütün bunlara görə, hamı - prezidentdən başlayaraq, baş nazirədək cavabdehdir. Ona görə ki, Ermənistan kimi ölkədə müsbət nəticə əldə etmək çox asandır, sadəcə iradə nümayiş etdirmək lazımdır, monopoliyanı, cəzasızlığı aradan qaldırmaqla hər şey öz yerini tutacaq. 

Bilmək istəyirəm ki, bizdə nə üçün hər şey Gümrüdən cəmi 60 km uzaqlıqda olan Ninotsmindaya nisbətən daha bahadır. Nə üçün Ermənistanda təbii qaz Gürcüstana nisbətən 30 faiz bahadır? Bütün bu bahalaşmanın üstünün açılması çox asandır”. 

“Hakim partiyanın nümayəndələri baş nazirin bir illik fəaliyyətini müsbət qiymətləndirdilər, bu hal artıq hakim partiya tərəfindən 2018-ci ildən sonra baş nazirin kim olacağına qərar verildiyi mənasına gəlmir ki...” - sualına politoloq cavab verib ki, o başqa bir şey gözləmirmiş, çünki Ermənistan Respublikaçılar Partiyası həmişə öz rəhbərliyindən razıdır: “Baxmayaraq ki, son 10 il ərzində Ermənistanı 250-300 min adam tərk edib, bu, respublikaçılar üçün adi haldır, son zamanlar respublikaçıların tanınmış siması Qalust Qriqoryeviç “xalq günahkarıdır”, "nankor xalqımız var" - deyə rəsmi şəkildə elan edib. Məlum olur ki, onlar xalqı elə saxlayırlar ki, isveçrəlilər, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları və ya qətərlilər gərək bizə həsəd aparsınlar. Burada problem ondan ibarətdir ki, onlar öz doğma partiyalarının rəhbərlik etdiyi hökumətdən mexaniki şəkildə razı olmalıdırlar, əgər onlar bunu tənqid etsələr, bu, bütün Ermənistan Respublikaçılar Partiyasının öz proqramları ilə müvəffəqiyyətsizliyə uğradığı mənasına gələrdi".

Karen Karapetyanın vəzifədə qalmasına gəlincə, politoloq bu məsələnin hələ fəal müzakirə mərhələsində olduğuna dair mövqeyini ifadə edib.

“Qeyd etməliyəm ki, Serj Sarkisyan “R-Evolutsiya” proqramına verdiyi müsahibədə açıq şəkildə vurguladi ki, onun baş nazir olmaq və Ermənistan rəhbəri olaraq qalmaq arzusu var. İndi müzakirələr gedir və təəssüflə qeyd etməliyəm ki, bu müzakirələrin nəticəsinə bizim strateji tərəfdaşımız olan Rusiyanın böyük təsiri var. Rusiya indiyədək daxili işlərimizə müdaxilə edir və bizi yönəldir. Nümunə olaraq deyə bilərəm ki, Moskvanın müdaxiləsi ilə Gürcüstandakı NATO-nun hərbi təlimlərində iştirak etmədik.

Respublikaçıların bir hissəsi müsahibələrində höküməti tərifləyir, digər hissəsi isə hesab edir ki, Ermənistanın rəhbəri yenidən Serj Sarkisyan olmalıdır. Onlar vəzifə borclarını bərabər bölüşdürüblər”.(azvision.az)



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap