Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ermənilər Qarabağı sürətlə tərk edir - “Rusiya Qarabağdan mühacirətin sürətindən çox narahatdır“ + VİDEO

Tarix 15.10.21, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağda yaşayan ermənilər regionu sürətlə tərk edir. Yüksək templə davam edən köç artıq erməni mətbuatının da əsas gündəm mövzularından birinə çevrilib.

Ermənistanın “Hraparak” qəzetii Qarabağdan ermənilərin emiqrasiya tempinin hətta Rusiya hökuməti tərəfindən belə narahatlıqla qarşılandığını yazıb.

Yazıda bildirilir ki, Qarabağda yerləşən Rusiya hakimiyyəti və rus sülhməramlıları ermənilərin bölgədən mühacirət sürəti ilə bağlı çox narahatdırlar.

"Mühacirətin Artsaxın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanırlar və insanların yaşamadığı torpaqların artıq qorumaya ehtiyacı olmayacaq. Xüsusilə, azərbaycanlıların çəyirtkə kimi böyümək və bütün künc-bucaqlara girmək vərdişini yaxşı bilirlər.

Rus sülhməramlılarının beş illik ezamiyyət müddəti başa çatdıqda və Artsaxdakı ermənilərin sayının kəskin şəkildə azaldığı ortaya çıxdıqda, onların gələcəkdə qalması məsələsi havada qala bilər” -deyə, “Hraparak” qəzetində dərc olunan yazıda bildirilir.

Ermənilərin sürətlə Qarabağı tərk etməsini həmçinin digər faktlar da təsdiqləyir. Belə ki, oxu.az-ın məlumatına görə, Ermənistanın daşınmaz əmlak saytları artıq Qarabağda yaşayan ermənilərin elanları ilə dolub-daşır. Hər gün onlarla elanın yerləşdirildiyi saytlarda diqqətçəkən bir məqam da ermənilərin evlərini əşyaları ilə birlikdə satmaq istəyidir. Bu fakt özlüyündə ermənilərin mümkün qədər tez bir zamanda Qarabağdan qaçmaq istədiklərini göstərir. İllərlə xəstə düşüncə və mənfur təbliğatlarla zəhərlənən şüurları onları vadar edir ki, tez aradan çıxsınlar. Çünki onların bir çoxu sülh və əmin-amanlıq içərisində yaşamaq üçün həddən artıq şovinist və faşist zehniyyətə sahib olduqlarını da anlayırlar.



Ermənilərin Qarabağdan “böyük köçü”nün könüllü əsasda olmasının altında da məhz tarixi həqiqətlər, ermənilərin şüuruna həkk olunmuş ifrat düşmənçilik yatır. Çünki ermənilər hər nə qədər etiraf etməsələr də, çox gözəl anlayırlar ki, bu torpaqlarla onları birləşdirən heç nə yoxdur. Onsuz da illər əvvəl silah zoru ilə doğma torpaqlarından qovulan azərbaycanlıların evlərində yaşayan ermənilər, indi ev sahiblərinin geri qayıtdığını da görürlər.

Onlar bu torpaqlara aid deyildilər, burada yaşamaq üçün yeganə səbəbləri azərbaycanlılara qarşı duyduqları kin və nifrətin onlara zövq verməsi idi. Azərbaycan ordusu döyüş meydanında qazandığı tarixi qələbə ilə bir çox erməni mifləri kimi həm də onları bu zövqdən məhrum etdi. Ruhlarını Azərbaycana qarşı iyrənc bir şovinizmlə bəsləyənlər, Azərbaycan xalqının başına açdıqları bəlalara görə uzun illər öz çirkin varlıqlarını məmnun salan ermənilər, bu gün anlayırlar ki, burada xoşbəxt və rifah içində yaşayan azərbaycanlıları görmək onlara ən ağır cəza olacaq. Ermənilərin sürətlə regionu tərk etməsinin səbəbləri sırasında məhz bu amili də gözardı etmək olmaz.

Hər halda ermənilərin bu qaçışını onlar tərəfindən tarixən verilən qərarlar arasında ən məntiqli və düzgün olduğunu da haqlı olaraq deyə bilərik. Çünki bir çoxunun əlində azərbaycanlı qanı olan ermənilər gec-tez ədalət qarşısında cavab verəcəyini də dərk edə bilir. Ədalətin bərqərar olduğu bir mühitdə əliqanlı qatillərin rahat yaşaması, cəzalandırılmaması mümkün deyil.

Separatçılar anlayırlar ki, Azərbaycan dövləti üçün münaqişə artıq başa çatıb. Qarabağda, hətta onun 3-5 evlik kəndində belə separatçılar üçün ən kiçik bir ümid belə qalmayıb. Bura Azərbaycan torpaqlarıdır və qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam bərpa edib. Bu məsələdə nə Azərbaycan dövləti, nə də xalqı zərrə qədər güzəştə getməyəcək.








Xəbərin oxunma sayı : 862




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap