Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ermənilər Zabux və Sus kəndlərini tam boşaltdı - VİDEO

Tarix 22.08.22, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb

Laçın şəhəri, eləcə də rayonun Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsinə sayılı günlər qalıb. Artıq erməni mənbələri Zabuxun bütün erməni sakinlərinin evlərini tərk etdiklərini açıqlayır. Həmçinin Sus kəndində yaşayan son 12 erməni ailəsi də buranı tərk edib.

``Bu gün Zabux kəndinin bütün sakinləri evlərini tərk ediblər``. Bu barədə Zabuxda yaşayan Demokratik Birlik Partiyasının sədri Suren Petrosyan açıqlama verib. Petrosyan bəyan edib ki, o da Zabuxdan çıxıb, çünki "onların qarşısında duran problemi həll edə bilmirlər".

``Laçının Sus kəndini son 12 erməni ailəsi də tərk edib, bir sakin isə qalıb, yaxın günlərdə o da kəndi tərk edəcək``. Bunu Sus kəndinin administrasiya rəhbəri Mxitar Nersisyan nyus.am-a müsahibəsində bildirib. "Müharibədən sonra kənddə 12 ailə yaşayırdı, əsasən onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə edirdilər. Hazırda kənddə işıq yoxdur, əlaqə yoxdur, hər şey sökülüb" - deyə o qeyd edib. Kənd icra başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar.

Bu arada Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda 86 yaşlı erməni sakinin yaşadığı evə od vurması əks olunub. Qeyd edək ki, bundan əvvəl də Laçını tərk edən bir neçə erməninin evini yandırması ilə bağlı görüntülər paylaşılmışdı.

Yeri gəlmişkən, Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Bir qrup vətəndaş əvvəlcədən elan olunmuş aksiyada Azərbaycanın tarixi torpaqlarında qanunsuz şəkildə məskunlaşdırılmış ermənilərin bu ərazilərdən çıxarılmasına etiraz ediblər. Yerli saytlar aksiyaya marağın olmamasından gileyləniblər.






Xəbərin oxunma sayı : 985




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap