“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ermənilər zorla ölümə göndərilir - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilib

Tarix 15.10.20, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


Dağlıq Qarabağdan həm döyüş mövqelərini özbaşına tərk edib fərarilik edən və Ermənistana qaçan hərbçilərin, həm kişi cinsindən olan və müharibədə iştirak etmək istəməyərək bölgəni tərk edənlərin kütləvi hal alması qondarma rejimi yeni əmr imzalamağa məcbur edib. 

Erməni KİV-lərinin xəbərlərinə görə, bu gün oktyabrın 15-dən etibarən qondarma “dqr prezidenti” Araik Arutyunyanın yeni əmri qüvvəyə minir.

Bu əmrə əsasən işğal altındakı ərazilərdən Ermənistana gediş məhdudlaşdırılır. Qarabağı ancaq qadınlar və uşaqlar, habelə ciddi xəstəliyi olub təxirəsalınmaz tibbi yardıa ehtiyacı olan kişilər tərk edə bilər. Qalanların isə bölgəni tərk etməsi qadağandır. Habelə səfərbərlikdən yayınanların aşkarlanması, mənzillərin, avtomobillərin, sənədlərin yoxlanılması üçün komendatura yaradılır.

Xatırladaq ki, Qarabağdakı düşmən qüvvələrinin sıralarında kütləvi fərarilik hallarının artması barədə son günlər Ermənistan hakimiyyəti də etiraf etməyə başlayıb.


 



Xəbərin oxunma sayı : 532




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap