Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Erməniləri dərdə salan məsələ: ABŞ Azərbaycana silah satacaqmı?

Tarix 07.11.18, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakı və İrəvan səfərlərində hər iki dövlətə silah sata biləcəkləri ehtimalını dilə gətirib.

“Bzim üzərimizdə Azərbaycan və Ermənistana silah satılması ilə bağlı Konqres tərəfindən qoyulan məhdudiyyətlər var. Lakin istisnalar da ola bilər”,- deyə Con Bolton "Azadlıq" radiosuna müsahibəsində söyləmişdi.

Lakin Ermənistanın Rusiyadan tamamilə maliyyə asılılığı nəzərə alındıqda Ermənistanın Amerikanın bahalı silahlarını almaq gücü yoxdur. Bunu Ermənistan mediasında müxtəlif analitiklər də dilə gətirir. Elə müdafiə naziri David Tonoyan da yerli mətbuata müsahibəsində bahalı ABŞ silahları almaq imkanlarının olmadığını etiraf edib.

Bu cəhətdən erməniləri əsas xoflandıran ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığı dərinəşdirəcəyi məsələsidir.

Ermənistanın 1-ci informaisya saytı mövzu ətrafında ABŞ Xarici Siyasət üzrə Şurasının (American Foreign Policy Council) baş elmi əməkdaşı Stiven Blankla müsahibə aparıb.

Stiven Blank ABŞ-ın Azərbaycan və Ermənistana silah satmasının qeyri-mümkün hesab etmədiyini bildirib.

“ABŞ üçün qapılar deyəsən açılıb. Özü də Vaşinqton Rusiyanın bölgədəki mövcudluğunu zəiflətmək, habelə öz varlığını gücləndirmək istəyir. Doğrudur, bu barədə danışmaq hələ tez olsa da, bir sıra göstəricilər silah satışının baş verməsi ehtimalını artırır”,- deyə Stiven Blank qeyd edib

Stiven Blankın fikrincə, Vaşinqton əvvəllər bölgədə düşmən kəsilən tərəflərə hücum silahlarını tədarük etməmək siyasətinə üstünlük verir və Rusiyanı buna görə tənqid edirdi. “Lakin Tramp administrasiyasının siyasəti Putinin imperialist siyasətindən fərqlənmir”,-deyə Stiven Blank söyləyib.

Stiven Blank Trampın xarici siyasətini artıq hansısa dəyərlər əsasında deyil, istisnasız maraqlar çərçivəsində, xüsusilə pul qazanmaq üzərində qurduğunu sözlərinə əlavə edib.

Musavat.com



Xəbərin oxunma sayı : 403




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap