Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ermənilərin yaraladığı əsgərin durumu yaxşılaşıb –DSX açıqlama yaydı

Tarix 22.07.19, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay­ra­movun vəziyyəti yaxşılaşıb”.

AzFakt.com xəbər verir ki, bunu “Report”a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.

O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: “Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra xəstəxanadan evə buraxılacaq. Hazırda müalicəsi davam edir”.

Qeyd edək ki, iyulun 18-də Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

DSX rəisi, general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib.




Xəbərin oxunma sayı : 298




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap