Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ermənistan mətbuatı: “Bakı silahlanmaqda, İrəvan isə susmaqda davam edir”

Tarix 23.02.17, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Stokholm beynəlxalq sülh problemləri araşdırmaları institutu (SİPRİ) dünyada silah satışı ilə bağlı yeni məruzə dərc edib

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, məruzədə Azərbaycan və Ermənistan arasında silah satışı ilə bağlı tarazlığın pozulduğu qeyd edilib, habelə Moskvanın Bakıya satdığı silah və təchizatın həcmi ilə bağlı məlumatlar yer alıb.

Məruzəyə əsasən, Azərbaycan 2007-2011-ci illərlə müqayisədə 2012-2016-cı illər ərzində 75% artıq miqdarda silah və təchizat idxal edib. Buna görə məruzədə Azərbaycan Ermənistandan 20 dəfə artıq silah aldığı vurğulanır.

Ermənistanın isə bu dövr ərzində aldığı ən böyük silah “İsgəndər” tipli raket kompleksləridir. Bu raketlər 280 km-lik məsafədə istənilən hədəfi vurmaq qabiliyyətinə malikdir.

Məruzədə Azərbaycanın idxal etdiyi silahlar içərisində çoxlu miqdarda tank, zirehli texnika, ballistika əleyhinə raket sistemləri və hərbi aviasiyanın olduğu yazılıb.

Stokholm beynəlxalq sülh problemləri araşdırmaları institutu Rusiyanın 50-dən çox ölkəyə, o cümlədən Ukraynadakı separatçı qüvvələrə silah satdığını da bildirib. Məruzəyə görə, qlobal silah ixracatının 23%-i məhz Rusiyanın payına düşür. Başqa sözlə, əgər 2011-2016-cı illərdə dünya silah ixracatının 23%-i Moskvaya məxsusdursa, o zaman Azərbaycanın payına düşən pay burada 4% təşkil edir. Bu isə dünyada satılan silahların həcminin 1%-i qədərdir.

Ermənistanın isə Azərbaycandan 20 dəfə az silah aldığı və bütün bu silahları Rusiyadan idxal etdiyi düşünülsə, o zaman onun payına düşən miqdar sadəcə 0,2% faiz təşkil edir. Məruzədə bunun Azərbaycanın 4%-i ilə müqayisədə olduqca cılız rəqəm olduğu söylənilir.

Ermənistan mətbuatı SİPRİ-nin raportunu Rusiya-Ermənistan arasında “strateji müttəfiqlik “ haqqında əsatirlərə növbəti zərbə olduğunu yazır.

Mətbuat məruzə dərc edildiyi ərəfədə Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın Rusiya mətbuatına Rusiya-Ermənistan münasibətlərinin 25 illiyinə həsr olunmuş müsahibəsinə diqqət çəkib. Orada Nalbandyan Azərbaycanın Rusiyadan silah almasının İrəvanın xoşuna gəlmədiyini qeyd etmişdi.

Lakin daha sonra Ermənistan xarici işlər naziri Rusiyanın bölgədə sülhün dəstəklənməsi yolunda cəhdlərini tərifləyib.

“O zaman burada bir sual yaranır: bu cəhdlərin heç olmasa biri Rusiyanın Azərbaycana satdığı silahların Ermənistana vurduğu ziyanı az faizlə də olsa ödəyə bilirmi”, - Ermənistanın “Məlumatlı vətəndaşlar birliyi” adlı təşkilatın ekperti Anna Pambıqçıyan yazır.



Xəbərin oxunma sayı : 160




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap