Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ermənistanın xəstəxanaları yaralılara görə ağır xəstələri qəbul etmir – Nazirlik

Tarix 28.09.20, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın tibb müəssisələri Dağlıq Qarabağda  münaqişənin daha da kəskinləşməsinə görə ağır xəstələrin qəbulunu dayandırıb.

Bu barədə respublikanın Səhiyyə Nazirliyinin saytı xəbər verir.

Qeyd edək ki, müvafiq əmri “Hərbi vəziyyətin hüquqi rejimi Haqqında” qanuna əsasən səhiyyə naziri Arsen Torosyan imzalayıb.

Qeyd edilir ki, xəstəxanalar stasionar yardımla bağlı müraciət edən vətəndaşlara tibbi yardım göstərməyəcəklər. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib. (report)



Xəbərin oxunma sayı : 430




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap