Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

Tarix 17.11.17, 23:51

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan parlamenti bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib

Qanun layihəsini təqdim edən maliyyə naziri Vardan Aramyan qeyd edib ki, bundan əvvəl həmin saziş "Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası müqavilələri çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" adlanırdı: "Bu gün biz Rusiyadan əsasən hərbi texnika və silahlar idxal edirik. Qanun layihəsi yalnız bu ölkədən tədarükün ƏDV-dən azad edilməsi üzrə güzəşt təqdim edilməsini məhdudlaşdırır. Biz Ermənistanın gələcəkdə digər ölkələrdən də silah alışı imkanını istisna etmirik. Bununla əlaqədar qanun layihəsindən coğrafi məhdudiyyətin götürülməsi təklif olundu".

Nazir qeyd edib ki, hökumət müdafiə təyinatlı məhsullara ƏDV tətbiq edilməsini məqsədəuyğun hesab etmir: "Çünki həmin məhsulları daxili bazarda satmaq və ya üçüncü ölkələrə ixrac etmək mümkün olmayacaq. Faktiki olaraq biz büdcədə artıq əməliyyatdan xilas oluruq, çünki tədarük üçün ödənilən vergi ƏDV-nin qaytarılması barədə qanuna uyğun olaraq istənilən halda büdcədən çıxacaq".(Trend)



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap