Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ermənistandan Xankəndinə silah-sursat belə daşınır... – Görüntülər yayıldı + VİDEO

Tarix 06.03.23, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistandan Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə silah daşınmasını təsdiq edən videolar yayılıb.

AzFakt.com xəbər verir ki, “Caliber.az” saytı özəl mənbələrdən əldə etdiyi videolarda sözügedən dolama torpaq yol vasitəsi ilə hərbi maşınların keçdiyi aydın görünür. Onların biri hərbçilərlə doludur.

Xatırladaq ki, dünən həmin yerdə baş verən toqquşmalar zamanı Azərbaycanın 2 hərbçisi Şəhid olub, erməni separatçılarının 3 rütbəli hərbçisi məhv edilib.

Videolardan göründüyü kimi, Xankəndi-Xəlfəli-Turşsu yolu vasitəsi ilə mütəmadi olaraq silah, sürsat, hərbçilər daşınır. Kadrlarda ilk saniyələrdə Xankəndindən Ermənistan istiqamətində hərəkət görürüksə, 8 və 39-cu saniyələrdə Ermənistandan Xankəndinə doğru hərəkət edən hərbi maşını müşahidə edirik. 46-cı saniyədən isə yenə Xankəndindən Ermənistana doğru nəqliyyatın hərəkəti görünür.

10 noyabrda imzalanmış Üçtərəfli Bəyanata görə, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsi arasında yeganə əlaqə yolu Laçın yoludur və o, qeyri-hərbi yüklərin və mülki şəxslərin daşınmasına xidmət etməlidir. Bakı məhz bu şərtlə yolun təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.





Xəbərin oxunma sayı : 586




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap