Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Essyenin maaşını “Səbail” yox, AFFA verir – transferi ziyafətdə həll olunub

Tarix 10.04.19, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Maykl Essyenin “Səbail”ə keçidinin detalları məlum olur. Qanalı yarımmüdafiəçinin transferi sən demə, yeyib-içmək masası arxasında gerçəkləşib.

Bakıda ötən ay Avropa Liqasının finalı üçün təşkil olunan “Ulduzlar matçı”na qatılan Essyen daha sonra ziyafətdə iştirak edib. AFFA rəhbərliyinin, bir sıra veteran futbolçunun qatıldığı, ulduz qonaqların şərəfinə verilən ziyafətin gedişində Maykldan ölkəmizdə oynaması haqda fikri soruşulub. O isə karyerasını bitirmək istəəmədiyini və yaxşı təklif olarsa, oynamağa davam edəcəyini bildirib.

Bunu “CBC Sport”da qonaq olan təcrübəli məşqçi Ağasəlim Mircavadov etiraf edib. O, sözügedən ziyafətdə Essyenlə bu barədə söhbət edildiyini dilə gətirib.

Əldə etdiyimiz məlumata görə, sonradan AFFA rəhbərliyini kimlərsə bu transferin vacibliyinə inandıra bilib. Guya ki, Essyenin gəlişi ölkə futbolunun reklamı baxımından önəmli olacaq. Təəssüf ki, Azərbaycanda bu məsələlər məhz belə həll olunur. Heç kim Essyenin 37 yaşı olduğuna, çoxdan aktiv futbolla məşğul olmamasına, sonuncu dəfə İndoneziyada top qovmasına fikir verməyib. Hətta onun karyerasını bitirmiş futbolçularla birlikdə şou tipli oyunda iştirak etmək üçün Bakıya gəldiyini də “xatırlamayıblar”.

Beləcə, Essyenlə danışıq aparılıb və onunla ilyarımlıq müqavilə razılaşdırılıb. İlk vaxtlar 300 min avro qarşılığında ölkəmizdə oynamağa razılıq verdiyi deyilən Mayklla bağlı indi yeni xəbərlər ortaya çıxır. Deyilənlərə inansaq, Essyen bu müddətdə 1,5 milyon dollar qazanacaq. “Səbail”in digər futbolçularını narazı salan da bu məbləğdi. Onlar meydanda yeriməyə taqəti olmayan futbolçuyla özləri arasında onqat fərq qoyulmasını həzm edə bilmirlər.

Təbii ki, “Səbail”in büdcəsi belə maliyyə ağırlığına dözməz. Ona görə də qanalı legionerin pulu AFFA tərəfindən ödəniləcək. Onsuz da klub elə assosiasiyanındı. Bu səbəbdən Essyen transferini qohumlar tərəfindən idarə olunan Bayıl klubuna hədiyyə də saymaq olar.

Klubda oynayan futbolçuların maaşının AFFA tərəfindən ödənməsi təzə xəbər deyil. Ramil Şeydayev “Trabzonspor”da, “Jilina”da oynayanda da onun əməkhaqqısının böyük qismini bizimkilər qarşılayırdı. Kamran Ağayevlə Emin Mahmudovun Portuqaliyada çıxış etməsinə də bu amil yardımçı olmuşdu. Hətta Eminin “Neftçi”dəki ilk mövsümündə maaşı AFFA-dan verilirdi, bununla bağlı problem yadınızda olar. Fərq ondadı ki, indiyədək milliləşmiş və ya xaricdə yetişən azərbaycanlıların legioner həyatı yaşaması üçün belə süni fədakarlıq edilirdisə, indi muzeyə qoyulmalı olan veteranlara milyonlar xərclənir.
 
Mənbə: Futbolinfo.az



Xəbərin oxunma sayı : 619




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap