| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir?
Tarix 01.09.26, 12:38 |
|
Sosial mediada son vaxtlar estetik əməliyyatlar həyata keçirən həkimlərin səhifələrinə tez-tez rast gəlmək mümkündür. Qarşımıza reklam olaraq çıxan belə səhifələrin adlarını bir-bir qeyd etdikdən sonra həmin həkimlərin Instagram hesablarına nəzər yetirmək qərarına gəldik.
Xitab24.az-ın araşdırması nəticəsində məlum oldu ki, estetik-plastik əməliyyatlar həyata keçirdiyini bildirən bu həkimlərin hamısı sosial media hesablarında reklam xarakterli paylaşımlar edir, videolar çəkir, müxtəlif mövzularda çıxışlar edirlər.
Yəni sosial mediada fəaliyyətləri kifayət qədər açıqdır. Bəzilərinin profilində hətta dünənə aid pasiyent paylaşımı da var.
Bu həkimlərin əksəriyyəti ilə pasiyent kimi yazışaraq danışdıq və konsultasiya təyin etdik.
Araşdırma zamanı diqqət çəkən əsas məqam bu oldu: siyahıda adına rast gəlinməyən həkimlərin əksəriyyəti ixtisasca ümumi cərrahdır. Buna baxmayaraq, sosial media hesablarında özlərini estetik-plastik cərrah kimi tanıdır və estetik əməliyyatlarla bağlı xidmətlər təklif edirlər.
Həkimlərdən birinə “Səhiyyə Nazirliyinin siyahısında adınız yoxdur, bəs necə fəaliyyət göstərirsiniz?” sualını ünvanladıqda isə belə cavab verdi:
“Biz ümumi cərrahıq. Orada tək plastik cərrahların adı var”.
Məsələnin hüquqi və peşəkar tərəfini anlamaq üçün əvvəlcə icra olunan prosedurların mahiyyətinə baxmaq lazımdır.
Abdominoplastika qarın nahiyəsində artıq dəri və piy toxumasının götürülməsi, qarın divarının və konturlarının formalaşdırılmasıdır. Əsas məqsəd bədən formasını estetik olaraq yaxşılaşdırmaqdır.
Liposaksiya isə bədənin müəyyən nahiyələrindəki lokal piylərin xüsusi üsulla çıxarılması və bədən konturunun dəyişdirilməsidir. Bu prosedur da əsasən estetik məqsədlə həyata keçirilir.
Azərbaycanın rezidentura ixtisasları təsnifatında ümumi cərrahiyyə və plastik cərrahiyyə ayrı-ayrı ixtisaslar və kodlarla göstərilir.
Eyni zamanda, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlər siyahısında da “Ümumi cərrahiyyə – ümumi cərrahi” və “Plastik cərrahiyyə – plastik cərrahi” ayrı fəaliyyət sahələri kimi göstərilir.
Bu baxımdan həkimin ümumi cərrah ixtisasına malik olması onun avtomatik olaraq estetik plastik cərrahiyyə əməliyyatları, o cümlədən abdominoplastika və liposaksiya icra etmək səlahiyyətinə malik olması demək deyil.
Burada əsas sual isə budur: həmin şəxsin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti üçün hüquqi əsası varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıqda bildirildi ki, yalnız sosial şəbəkələrdəki reklamlarla bağlı tədbir görmək mümkün deyil.
Qeyd olunur ki, konkret şikayət, resept, foto və digər sübutlar olmalıdır ki, araşdırma aparmaq və yoxlama həyata keçirmək mümkün olsun.
Beləliklə, sosial mediada açıq şəkildə estetik əməliyyatların reklam olunması öz-özlüyündə yoxlamanın başlanması üçün yetərli əsas hesab edilmir.
Bu isə başqa bir sual doğurur: sosial mediada açıq şəkildə xidmət təklif edən, estetik əməliyyatlarla bağlı paylaşım edən şəxslərin fəaliyyətinin hüquqi baxımdan qiymətləndirilməsi üçün hansı mexanizm mövcuddur?
Əgər konkret şikayət və ya digər sübut tələb olunursa, o zaman nəzarət mexanizminin yalnız pasiyent müraciət etdikdən və ya konkret problem yarandıqdan sonra işə düşüb-düşmədiyi də sual doğurur.
Ötən il də estetik cərrahiyyə sahəsində fəaliyyət göstərən həkimlərlə bağlı məsələ gündəmə gəlmiş, yoxlama məqsədilə təftiş komissiyası yaradılmışdı.
Səhiyyə Nazirliyi bir qrup həkimin adından ibarət siyahı açıqladı və siyahı sonradan yeniləndi. İlkin siyahıda 42 həkimin adı vardı, hazırda isə onların sayı 46-ya çatıb.
Lakin sosial mediada aparılan bu araşdırma göstərir ki, nazirliyin siyahısında adı olmayan şəxslər də estetik əməliyyatlarla bağlı xidmətlərini sosial platformalarda açıq şəkildə təqdim edirlər.
Burada əsas məsələ onların siyahıda olub-olmamasından daha çox, bu şəxslərin hansı ixtisas və hüquqi əsasla konkret estetik-plastik əməliyyatları həyata keçirdiyinin necə müəyyənləşdirilməsidir.
Təftiş komissiyası həkimləri hansı meyarlarla yoxlayır?
Qərar hansı əsaslarla qəbul edilir?
İxtisasca ümumi cərrah olan şəxsin liposaksiya və abdominoplastika kimi estetik əməliyyatları həyata keçirmək hüququ varmı?
Əgər belə bir hüquq varsa, bunun hüquqi əsası nədir?
Əgər yoxdursa, Səhiyyə Nazirliyinin siyahısında adı olmayan şəxslərin sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərməsi necə izah olunur?
Məsuliyyət yalnız pasiyentin üzərinə düşür?
Səhiyyə Nazirliyinin məsələ ilə bağlı mövqeyində əsas diqqət konkret sübut və şikayətlərin mövcudluğuna yönəlir.
Nazir Teymur Musayev isə əvvəlki açıqlamalarından birində insanların estetik əməliyyatlara üz tutmaması üçün maarifləndirmə işinə dəstək göstərilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Milli Məclisdə də bu mövzuda pasiyentin öz məsuliyyətinə toxunan fikirlər səsləndirmişdi.
Amma məsələ yalnız maarifləndirmə ilə bitirmi?
Əgər bir şəxs müvafiq ixtisasa malik olmadan estetik-plastik əməliyyat həyata keçirirsə, burada məsuliyyət yalnız pasiyentin üzərinə düşür?
Pasiyent həkimin ixtisasını, onun konkret əməliyyatı həyata keçirmək hüququnun olub-olmadığını və həmin xidmət üçün hüquqi əsasının mövcudluğunu necə yoxlamalıdır?
Burada həm pasiyentin, həm də nəzarət edən qurumların üzərinə düşən məsuliyyət məsələsi ortaya çıxır.
Sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərdiyini müəyyən etdiyimiz və Səhiyyə Nazirliyinin açıqladığı siyahıda adına rast gəlmədiyimiz şəxslər bunlardır:
Həmzə Aydınov – Avropa Beynəlxalq Hospital
Aytən Verdiyeva – Stimul Hospital (ümumi cərrahdır)
Günəş Piriyeva
Rəvan Əliyev – Daxili İşlər Nazirliyinin Hospitalı
Şəhla Həsənova – International Medical Center
Rabil Osmanov
Ramiz Kərimov – İstanbul NS Klinikası
Bariz Zeynalov
Əjdər Ələkbərli
Şövkət Əliyeva – Azər Türk Med Hospital
Doktor Şəbnəmin soyadını tapa bilməsək də, özü ilə danışdıq, "Kraton Clinic"də xəstə qəbul etdiyini deyir. Amma maraqlısı budur ki, həmin klinikanın saytında həkimlərin siyahısında Şəbnəm adlı həkim yoxdur.
Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bu siyahının təqdim olunması həmin şəxslərin qanunsuz fəaliyyət göstərməsi barədə nəticə çıxarmaq məqsədi daşımır. Siyahı sosial mediada estetik-plastik əməliyyatlarla bağlı fəaliyyət göstərdiklərini təqdim edən və
Səhiyyə Nazirliyinin açıqladığı siyahıda adına rast gəlinməyən şəxslər əsasında hazırlanıb.
Bütün bunlar fonunda əsas sual budur: estetik əməliyyat edən həkimin bu əməliyyatı etməyə ixtisası və icazəsi olub-olmadığını pasiyent necə bilməlidir? Əgər siyahıda olmayan həkimlərin sosial mediada bu əməliyyatları açıq şəkildə təklif etməsinin qarşısını almaq mümkün deyilsə, o zaman bu siyahının nə faydası var və Nazirlik niyə bununla bağlı daha aydın və işlək nəzarət mexanizmi yarada bilmir?
Xəbərin oxunma sayı : 1216
Sosial
Xəbərlər
-
“Bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil” - Açıqlama
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bakıda qolları olmayan körpə doğuldu: Anası imtina etdi
-
Putin Trampa sülhün şərtini açıqladı: “Kiyevə bütün yardımları dayandırın“
-
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
-
Gömrükçülər “Bitum” yükündə külli midarda metamfetamin tapdılar - Video
-
Vuçiç parlamenti buraxdı - Seçkilər bu tarixdə olacaq
-
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə anbar icarəyə götürdü - 2,7 miyon manata
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - VİDEO
-
Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır
-
“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - İLGİNC
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
-
“Smart“ televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
-
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
-
Prezidentdən Şarovskinin vəfatı ilə bağlı - Nekroloq
-
Şəkidə kanat faciəsinin təfərrüatı:Tros qırılıb, yoxsa?
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
-
Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi - FOTO
-
Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? - Nef-qaz sektoru geriləyib
-
Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb - Nazir
-
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
-
Maşın almaq istəyənlərin nəzərinə! - Üç VARİANT VAR
-
“Aysun“ gözəllik salonunun sahibi dələduzluqla üzləşib: “Yalan vədlər verdi“ -
-
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
-
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
-
Bakıda yağış, bölgələrdə leysan yağacaq - Sabahın havası
-
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin qalmqallı işləri - TƏFƏRRÜAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçdi - Statistika
-
“General Hospital“ın baş həkiminə cinayət işi açıldı - Əmlakına həbs qoyuldu
-
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
-
Samuxda 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
-
Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti
-
“İçərişəhər“də ciddi dəyişikliklər: Altı qurum ləğv olundu
-
Moskvadan Kapitoliyə: Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi
-
“Sabah“ klubu yeni hücumçu transfer edib - RƏSMİ
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 108 dolları ötdü
-
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlayır
-
Şəkidə iki nəfərin öldüyü obyektin sahibi bilindi - İş adamı Məhərrəm Novruzov
-
Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq
-
Zərdabda yol qəzası nəticəsində 5 nəfər öldü - Adları açıqlandı
-
70 ildir məskunlaşdıqları ev əlindən alınır - VİDEO
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
-
Sakinlərin 10 min manata ərsəyə gətirdiyi uşaq meydançasını sökdülər - VİDEO
-
Trampla Putinin telefon danışığı oldu - Əsas məqamlar
-
Bakıda gecə “avtomobil ovu“ - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
-
“İçərişəhər”in yeni strukturu bəlli oldu - QƏRAR
-
Azərbaycanda kredit həcmi 33,9 milyard manata çatıb - Statistika
-
Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs
-
Şəkidə istirahət mərkəzində kanat qırıldı - 2 nəfər öldü
-
Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi
-
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı - 10,4 milyon qiyməti var
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittihamla
-
Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
-
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
-
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mətanət İsgəndərli 25 il “cavanlaşdı“ - Yeni görünüşü müzakirə yaratdı (VİDEO)
-
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Araşdırma
-
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır - “Blumberq”
-
Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı - VİDEO
-
Hansı ölkələrin şagirdləri daha savadlıdır? - “PISA 2025”in nəticələri açıqlandı
-
“Sabah Residenc”in uçan fasadını “Avant Grup” düzıldibmiş - VİDEO
-
Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ
-
Koxalski “Qarabağ“dan bu kluba keçdi - RƏSMİ
-
600-dən çox bal topladılar: müəllimlik ixtisasını seçdilər (FOTO)
-
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
-
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
-
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
-
Hacıqabulda 85 min manatlıq abadlıq - Sevindik Hətəmov da “MM İnşaat Group“u seçdi
-
Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır - Emin Əmrullayev
-
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
-
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?
-
“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” - Nazir
-
“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
-
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - Video
-
ABŞ-ın Moskva və Kiyev diplomatiyası: Sülh planı niyə nəticəsiz qaldı?
-
Xəzərlə bağlı xəbərdarlıq: “Sahildən 12 kilometrədək uzaqlaşa bilər“
-
Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Xırdalanda daş sexinin fəaliyyətindən narazılıq - VİDEO
-
Azərbaycanda “buzov pulu” artırıldı - 50-250 manat veriləcək
-
Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
-
Yeni tikilən binalara yeni tələb - VİDEO
-
ABŞ Ukraynaya “qış yardım paketi” ayıra bilər - Zelenski
-
Bakıda məktəbdə qalmaqal: 9-cu sinif şagirdləri məktəbdən çıxarılır? (VİDEO)
-
“Hörmüz boğazı tam blokadaya alına bilər” - Möhsün Rezai
-
“Valentino“ restoranından şikayət - “Kababın tüstüsündən evdə oturmaq olmur“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Məhsul bol olsa da qiymətdən şikayətçidirlər - VİDEO
-
“Neft qiymətləri hər kəsi çətinliyə salacaq“ - Ərdoğan
-
Zelenskidən mühüm mesaj - Danışıqlar olmadan nəticə olmayacaq
-
Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?
-
“Qızıl top”u özümə verərdim, bu oğurluq olmazdı” - Mbappe
-
“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
-
Azərbaycan vətəndaşı Gürcüstanda itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
-
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Binəqədi rayonunda yeni tikilən binada yanğın - VİDEO
-
Ən çox və ən az əməliyyat edən investisiya şirkətləri - SİYAHI
-
“Tramp möhkəm sülh üçün səy göstərir“ - Stiv Uitkoff
-
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
-
Beyləqanda avtomobillər toqquşub - Ölən və yaralanan var
-
Trampın elçilərinin Kiyev və Moskvaya səfəri nəticəsiz başa çatdı - “Financial Times”
-
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
-
Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO
-
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı
-
İrandan ABŞ-a açıq təhdid: “Bizə hücum etsəniz, cavab verəcəyik”
-
Anar Məmmədliyə 13, Anar Abdullayevə isə 12 il iş verildi - Məhkəmədən qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Komitə Abşeronda 6 eşşəyin qaldığını açıqlamışdı... - VİDEO
-
Seçim qarşısında qoyulacaq... - Paşinyanı Moskvada nə gözləyir
-
ANAMA İctimai Birlikdən mal-material alır - Şübhəli satınalma
-
Bəzi yerlərə leysan yağır - Güclü külək əsir
-
Yaxın Şərqdə nəqliyyat böhranı: Neftin qiyməti 120 dollara qalxa bilər
-
“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” - VİDEO
TOP 10
ARXİV






