Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... (DETALLAR)

Tarix 14.05.26, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək. Məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.

Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi: “Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb”.

Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər: “Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq”. 

E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır: “Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq”.



Xəbərin oxunma sayı : 1348




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap