Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ev alan jurnalistlərlə görüş keçiriləcək

Tarix 18.10.17, 21:34

Font ölçüsü : - / +
bitmap-img6



Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək. Novator.az-a açıqlama verən “Jurnalist evi” MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (Mətbuat prospekti, 529-cu məhəllə) keçiriləcək görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq

Görüş noyabrın sonlarına nəzərdə tutulur. Konkret tarix sonra açıqlanacaq.

Yeni jurnalist binasının açılışı iyulun 20-də olub. Binada 255 mənzil var.

Bünyamin İsmayılov deyib ki, bütün təmir işləri, müxtəlif təşkilatlarla aparılan sənədləşmə prosesi yekunlaşıb və bina istifadəyə hazır vəziyyətdədir: “Bircə qaz xəttinin ümumi şəbəkəyə qoşulması qalır. Bunun üçün mənzillərin heç olmasa yarısında yaşayış olmalıdır”.

156 mənzilli ilk bina 4 il əvvəl media işçilərinə təqdim olunub.

Hər iki yaşayış binası prezident İlham Əliyevin sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib. Mənzillər jurnalistlərə pulsuz verilir.

Dövlət başçısının kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə dair iyulun 19-da imzaladığı sərəncama əsasən Bibiheybət qəsəbəsində jurnalistlər üçün daha bir yaşayış binası tikilir.



Xəbərin oxunma sayı : 124




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap