Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - VİDEO

Tarix 22.11.19, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


"2006-ci ildə alınıb. 40.500 dollar müqavilə əsasında. Müqavilədə 81 m². Sonra biz özümüz ölçdük. Bizdə 63 kvadrat gəldi. 18 kvadrat əskik. Bu hissədə bina bölünüb ki, burda 4 mənzil olmalıdır, 5 yerə bölüb satıb. Bu hissə bizim evin üstünə gedib".

Damət Ağayev yeni tikilidən mənzil alan və bu halla qarşılaşan ilk insan deyil. Bəlkə sonuncu da olmayacaq.

Bəs necə olur ki, vətəndaşın aldığı mənzilin real sahəsi müqavilədə göstəriləndən az olur? Bəzi MTK-lar öz kvadratlarından itkiləri azaltmaq üçün əlavə sahələri də vətəndaşa satdıgı mənzilin kvadratına daxil edirlər.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Şirin Şərifov (Ekspert): "Normalda fasad divarından hesablanaraq, kvadratları satışa çıxarırlar. Müştəri də təbii ki, ev aldıqdan sonra kvadratı ölçür ki, buna verilən kvadrat sayı ilə daxildə yaşadığı, istifadə etdiyi kvadrat eyni deyil. Burda da əsas gətirirlər ki, sizin ev fasaddan fasada kənara hətta müəyuən bir blok qarşısı belə hesablanır ki, bura sizə aid olduğuna görə, bunun satışı da sizə olmaldır".

Bəzi MTK sahibləri isə hesab edirlər ki, eyvanla yanaşı 2 mənzil arasındakı qonşu divarlar da kvadrata daxil edilməli və ölkəmizdə dünya təcrübəsindən istifadə edilməlidir.

İsfəndiyar Axundov (MTK rəhbəri): "Dünyanın hər yanında mülkiyyət divarlar da onundur. Balkon da onundur. Hətta bəzi dövlətlərdə həyəti də insanlara bölüb verirlər. Qaraj da hamısı o kupçaya daxil olur. Bizdə vergidə bu sistemə keçiblər. Mənzilin kvadratını ölçmək üçün kənardan ölçür divarların da pulunu alır. Amma əmlakda keçməyib. Kupçada balkonu çıxır, divarları çıxır qalır yaşayış yeri. Deyir bu belədir".

Mütəxəssislər vətəndaşlara ev alarkən, müqavilə şərtlərini diqqətlə oxumağı məsləhət görürlər.

Şirin Şərifov (Ekspert): "Adam satırsa ki, mən çöldən-çölə satıram kvadratını, təbii ki, burda kvadrat qiymətini aşağı salmaq üçün kvadratı böyüdürlər. Yəni sabah birisi gün şikayət edəndə deyir qardaş mən sizdən razılaşdım ki, çöldən-çölə satılacaq bu. Və yaxud mən kvadratı belə satırdım. Buna heç bir iddia qaldıra bilməz".

Sovet dövründə mənzil satılarkən, yalnız daxili yaşayış kvadratları nəzərə alınırdı. Amma hazırda yeni qanunvericiliyə görə, eyvanlar da yaşayış kvadratlarının içinə daxil olur. Fasad divarlarının mənzil sahəsi kimi vətəndaşa satılması isə qanunda nəzərdə tutulmayıb. MTK-lar isə dünya praktikasını əsas gətirərək bunu edir.

















Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap