Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Everesti fəth etmək uğrunda ölənlərin sayı 10-a çatıb

Tarix 26.05.17, 1:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün axtarış qrupu Everest dağında qurulan çadırlardan birində dörd nəfərin cəsədini aşkarlayıb.Bununla da mövsümün açılışından bəri Everestdə həyatını itirən insanların sayı on nəfərə çatıb

Xilasedicilər bazar günü həyatını itirən Slovakiyadan olan alpinistin axtarışı zamanı, çadırla rastlaşıblar.Cəsədlər "ölü zona" adlanan və oksigen səviyyəsinin son dərəcə az olduğu bir yerdə aşkar olunub.

Yerli KİV-in məlumatına əsasən, çadırdakı cəsədlərin ikisi xarici alpinistə və ikisi isə bələdçilərə məxsusdur. Bu ilin əvvəlində Everestdə avstraliyalı Francesco Marchetti, hindistanlı Ravi Khumar, eləcə də zirvəni fəth edən planetin ən yaşlı adamı titulunu qazanmaq istəyən 85 yaşlı Min Bahadur Sherchan həyatlarını itiriblər.

Aprelin axırında Everestdə tanınmış isveçrəli alpinist Ueli Steck də ölüb. Bununla belə, Reuters xəbər agentliyinin məlumatlarına əsasən, mövsümün əvvəlindən Everestin zirvəsini cənub tərəfdən 382 və Tibet tərəfindən 120 alpinist uğurla fəth edib.

Ölüm hallarına görə rekord say 2015-ci ildə müşahidə olunub: 24 nəfər. Everestin zirvəsini fəth etməyə cəhd edən dörd min insandan indiyədək 200-ü həyatını itirib. (BBC)



Xəbərin oxunma sayı : 97




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap