Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Evlərə basqın edərək bir nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb – FOTO

Tarix 21.01.18, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün öncə Liman şəhərinin “Xutor” deyilən yaşayış massivində üç evə basqın edərək 4 nəfərə ağır xəsarət yetirən və nəticədə onlardan birinin ölümünə səbəb olan naməlum şəxs barədə yeni təfərrüatlar məlum olub.

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, quldurluq edən şəxs saxlanılıb.

Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib.

Lənkəran şəhər rayon Polis şöbəsinə daxil olan məlumata görə, yanvar ayının 13 və 14-də Liman şəhərində üç ünvanda basqın hadisəsi baş verib. Hadisələr zamanı şəhər sakinləri – 48 yaşlı Samirə Miriyevanı və 69 yaşlı anası Humay Qarayeva, həmçinin 16 yaşlı Heybət Abdullayev, 50 yaşlı Nəcəfqulu Həsənov yaşadıqları evdə döyülərək ciddi bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan Samirə Miriyeva başından aldığı çoxsaylı zərbələr səbəbindən xəstəxanada ölüb.

Zərərçəkmişlərin ilkin ifadələri alınaraq hadisələri törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Onun Liman şəhər sakini, M.Ə.Rəsulzadə küçəsi 24 ünvanında yaşayan Zeynalov Fərrux Sabir oğlu olduğu ortaya çıxıb. Barəsində axtarış elan olunub.

Liman sakinlərinin sözlərinə görə, insanları vəhşicəsinə döyərək onlara ölümcül xəsarətlər yetirən Fərrux Zeynalovun psixi durumunda ciddi problemlər olub. Hətta, onun özündən böyük qardaşının da psixi problemləri olub.

Hələlik, hadisələrin hansı səbəbdən baş verdiyi barədə açıqlama verilmir. Lakin, barəsində axtarış elan olunan Fərrəx Zeynalovun bu gün saxlanıldığı söylənilir.



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap