Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Evsizlərə şad xəbər: Prezident dəyişiklikləri təsdiqlədi

Tarix 05.12.18, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Dəyişikliklərdə faizlərlə, müddətlərlə bağlı bir yenilik yoxdur.

30 oktyabr tarixində ipoteka kreditləri ilə bağlı Milli Məclisdə dəyişikliklər müzakirə olmuşdu. Buna uyğun olaraq da Prezident ötən gün dəyişiklikləri təsdiqləmək üçün fərman imzaladı.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanını şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, həmin dəyişikliklər artıq qüvvəyə mindi:

“Burada müraciətlərin elektronlaşması, müraciətlərə daha operativ baxılması və daha ədalətli qərarların verilməsi ilə bağlı təkmilləşdirilmiş təkliflər var. Bununla ipoteka müraciətlərinə daha tez və doğru baxılacaq. Əsasən də sosial ipoteka ilə bağlı dəyişikliklərdə elektron formada ərizələrin, müraciətlərin qəbul olunması məsələsi önə çəkilib”.

İqtisadçı qeyd edib ki, bu dəyişiklik müraciətlərin sürətlənməsi, daha ədalətli baxılması, banklar tərəfindən daha sürətli və çevik qərarların verilməsi, ümumilikdə bütün prosesin elektronlaşması yönündə mühüm məqamdır:

“Yəni işlərin sürətlənməsi nöqteyi-nəzərindən irəliyə atılmış addımdır”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap