Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Eynulla Fətullayevin xüsusi müxbiri erməni xalqından üzr istədi

Tarix 28.05.17, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


2015-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana sığınan və bir müddət sonra Eynulla Fətullayevin Haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan Vahan Martirosyan erməni xalqından üzr istəyib.

Ovqat.com saytı xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.

Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi isə erməni xəyanətinin səbəbini Martirosyana edilən siyasi başqılarla əsaslandırıb. Analitik mərkəzin müxtəlif mənbələrdə əldə etdiyi məlumatlara əsasən, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın təşkilatçılarından və ilk üzvlərindən biri olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır: “Bizdəki məlumata əsasən, Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılardəsa, heç də təəccüblü olmayacaqdı. Ən yaxşı ehtimalda Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklərini gözləyirdik” – RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı Ovqat.com-a açıqlamasında belə deyib.

Xatırladaq ki, hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə özünün və ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.

Похожее изображение




Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap