“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

F-16 qırıcıları Naxçıvandan Yerevana hava zərbəsini məşq etdi? - Ermənistan təşvişldə

Tarix 03.08.20, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb. 

Virtualaz.org xəbər verir ki, bu barədə avia.pro iddia edir.

Bildirilir ki, dünən Türkiyə tərəfi öz qırıcıları düz Yerevana istiqamətləndirib. Mənbələrin bildirdiyinə görə, ən azı 2 F-16 qırıcısı birbaşa döyüş kursu ilə Yerevana istiqamət alıb və Ermənistan paytaxtına 56 kilometr qalmış, bu isə aviasiya raketlərinin zərbə radiusudur, geri qayıdıb. Bununla da Ermənistan paytaxtına hava zərbəsini sınaqdan keçirib.


İddia edilir ki, Türkiyə qırıcıları Azərbaycanın hava məkanında uçub. Bu zaman Ermənistan sərhədi boyu Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin 4 vertolyotu da uçuş keçirib, vertolyotlar Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçib, amma sərhədi pozmayıb.

Xatırladaq ki, Azərbaycan-Türkiyə birgə irimiqyaslı təlimləri iyulun 29-dan başlayıb, təlimlər avqustun 10-nadək davam edəcək. 

Təlimlərə qatılmaq üçün Türkiyənin F-16 qırıcıları, “Atak” hücum vertolyotları, reaktiv yaylım atəşi sistemləri və bir diviziya canlı qüvvəsi göndərilib. Ermənistanda bu təlimləri təşvişlə izləyirlər.




Xəbərin oxunma sayı : 2677




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap