“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

FİDAN-TN MMC-ni Sanitariya və Teniki Təmizlik İdarəsinə nə bağlayır? - Palatadan açıqlama

Tarix 12.02.25, 15:22

Font ölçüsü : - / +
bitmap-img6


 Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsi 2025-ci ilin fevral ayının 4-də ""Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 182.926 manat təşkil edib. 
 
Tenderdə Fidan-TN MMC qalib elan edilib. 
 
Fidan-TN 2006-cı ildə təsis edilib.
 

 
4 manat nizamnamə kapitalı olan bu şirkətin maddi-texniki bazası, faktiki ünvanı barədə internet resurslarında məlumat yoxdur. 
 
Fidan-TN şirkəti Sanitariya və Teniki Təmizlik İdarəsinə yad təşkilat deyil. Belə ki, Fidan-TN şirkəti 2019-cu ildən müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin tenderlərində qalib elan edilir
 
 
Şirkət indiyədək İdarənin ümumilikdə 1.685.543 manatlıq tenderində qalib olub. 
 
Fidan-TN MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğludur. Ələsgər Hüseynovun Masallı rayonunun Həsənli kəndindən olduğu deyilir. 
 
FİDAN-TN şirkətinin müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin sifarişçi olduğu satınalmalarda qalib elan edilməsi məsələsinə Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. 
 
Sanitariya və Teniki Təmizlik İdarəsində Hesablama Palatasının audit aparıb-aparmaması barədə quruma müraciət etdik. 
 
 
Hesablama Palatasının cavabında deyilir: 
 
"Bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2024-cü illər ərzində Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsində auidit həyata keçirilməmişdir".
 
Mübariz Hüseynov
 
Qeyd edək ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovdur. 



Xəbərin oxunma sayı : 787




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap