Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

FİDE prezidenti onu devirmək istəyənlərin adlarını açıqlayıb

Tarix 29.03.17, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov onu devrimək istəyən şəxslərin adlarını açıqlayıb

Rusiyalı funksioner müavini Georgios Makropulosla təşkilatın icraçı direktoru Naycel Frimenin təxribata əl atdıqlarını bildirib.

K. İlümjinov deyib ki, martın 27-də FİDE-nin rəsmi saytında onun prezident postundan istefa verməsi ilə əlaqədar yerləşdirilmiş xəbərlə bağlı daxili araşdırma başlanılıb. Onun sözlərinə görə, adları qeyd olunan şəxslər çevrilişə cəhd ediblər: “FİDE-nin rəsmi saytında mənim istefa verməyimlə bağlı xəbər peyda olan zaman Naycel Frimendən təkzib yayımlanmasını tələb etmək istədim. Ona mesaj yazdım və zəng etdim. Lakin o, telefonu söndürmüşdü. Eyni şeyi Georgios Makropulos da etmişdi. Hərçənd, dəqiq bilirəm ki, həmin vaxt hər ikisi Afinada, FİDE-nin ofisində olublar. Görünür, kiçik bir inqilab etmək istədilər. Çevrilişə cəhd göstərdilər. Necə ki, daha əvvəl teleqrafı ələ keçirmişdilər. Yəqin, onlar öz isti yerlərini itirməkdən qorxurlar. Özüm onları istefaya göndərə bilmərəm. Halbuki, onlara inanırdım”.

Qeyd edək ki, martın 27-də FİDE-nin rəsmi saytında Kirsan İlümjinovun qurumun prezidenti postundan istefa verməsi ilə bağlı xəbər yerləşdirilsə də, rusiyalı funksioner bunu təkzib edib. O, 1995-ci ildən təşkilata rəhbərlik edir. (report.az)



Xəbərin oxunma sayı : 79




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap