Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünya futbolu şokda: FİFA Messini sərt cəzalandırdı

Tarix 29.03.17, 1:35

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq futbol federasiyası (FİFA) “Barselona” klubunun hücumçusu Lionel Messini diskvalifikasiya edib

AzFakt.com-un xəbərinə görə, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu Argentina millisinin heyətində dörd oyun buraxmalı olacaq. Messinin diskvalifikasiya olunmasına səbəb “DÇ-2018”-in seçmə mərhələsi çərçivəsində Çili yığmasına qarşı oyunda hakimi təhqir etməsi olub. Futbolçu həmçinin 10 min isveçrə frankı (təxminən 10,2 min dollar) məbləğində cərimə edilib.

Diskvalifikasiyanın aid edildiyi ilk matçda Argentina millisi martın 29-da Boliviya komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Argentina və Çili yığmaları arasında keçirilən matç Messinin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

13 turdan sonra Argentina millisi turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Messinin komandası lider Braziliyadan səkkiz xal geri qalır və altıncı pillədə gedən Çili komandasını iki xal qabaqlayır.

Turnir cədvəlində ilk dörd yeri tutan komandalar Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına birbaşa vəsiqə qazanacaq. 



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap