“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

FİFA Salaha verilən səsləri “oğurladı” – The Best qalmaqalı böyüyür

Tarix 26.09.19, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


FIFA-nın "The Best" mükafatı ilə bağlı qalmaqallı xəbərlər gəlməkdə davam edir.

Fanat.Az xəbəri verir ki, ali futbol qurumunun Misir Millisinin baş məşqçisi Xavyer Aqirre və kapitan Əhməd Əl-Məhəmmədin səslərini nəzərə almadığı məlum olub. Bu barədə Misir Futbol Federasiyası məlumat yayıb.

Hər iki şəxs dünyanın ən yaxşı futbolçusu seçimində 5 xalı Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha verib. Lakin FIFA-nın dərc etdiyi yekun siyahıda Misirdən yalnız jurnalistin səsi qeyd olunub.

Misir Futbol Federasiyasından bildirilib ki, səsvermə ilə bağlı FIFA-ya rəsmi cavab avqustun 15-də göndərilib və 4 gün sonra təsdiq cavabı gəlib. Lakin səsvermədə baş məşqçi və kapianın səsləri nəzərə almayıb. 

Artıq FIFA Misir tərəfinin şikayətinə münasibət bildirib. Ali futbol qurumundan bildirilib ki, imzalar böyük hərflə yazıldığı üçün səslər etibarsız sayılıb: "Digər tərəfdən vərəqələrdə federasiyanın baş katibinin imzası yox idi". 

Həmçinin qeyd edilib ki, federasiyadan səslərin təsdiqlənməsi istənilib və düzgün doldurulmuş blankların avqustun 19dək tədqim oluna biləcəyi iki dəfə xatırladılıb.

Qeyd edək ki, ilin ən yaxşısı mükafatı "Barselona"lı Lionel Messiyə verilib. Növbəti iki yeri Virgil van Deyk və Kriştiano Ronaldo tutub.

Bundan əvvəl Nikaraqua millisinin kapitanı Xuan Barrera və Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç Lionel Messiyə səs vermədikləri halda, onların səslərinin argentinalıya yazıldığını bildiriblər.



Xəbərin oxunma sayı : 859




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap