Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fövqəladə hal və yaxud hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyəti dayandırılacaq –Dəyişiklik

Tarix 22.04.18, 3:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda fövqəladə hallarda və yaxud hərbi vəziyyət zamanı tətbiq edilən mövcud qaydalara əməl etməyən siyasi partiyaların, ictimai birliklərin və xarici təşkilatların ölkədəki nümayəndəliklərinin fəaliyyətinin elan olunmuş vəziyyət başa çatana qədər dayandırılması təklif olunur.

Bununla bağlı “Siyasi partiyalarhaqqında” qanuna 16.4-1-ci maddəsinin əlavəsi təklif edilib.

Əlavəyə görə, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə  vəziyyət başa çatanadək dayandırıla bilər.

Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavələrdə öz əksini tapıb.

Layihələr artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub/APA.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap