Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Füzuli şəhərində və rayonun kəndlərində gedən bərpa və yenidənqurma işləri...

Tarix 22.10.21, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdikləri görüş, eyni zamanda, həm iqtisadi baxımdan, həm də mənəvi-siyasi baxımdan müstəsna önəm daşıyır. Məlumdur ki, ötən il məhz oktyabrın 17-də şanlı Ordumuz Füzuli
şəhərini erməni işğalından azad edib. Belə bir əlamətdar günü füzulililərlə birgə qeyd edən dövlətimizin başçısı bununla bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqının birliyi, həmrəyliyi təkcə hərb günlərində deyil, dinc quruculuq günlərində də ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti hər zaman öz xalqının, xalq isə öz Liderinin yanındadır.

Bu gün Füzuli şəhərində və rayonun kəndlərində gedən bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi qüdrətinin, xalqımızın öz torpaqlarına bağlılığının nümayişidir. Biz hamımız yaxşı xatırlayırıq, hələ işğal dövründə də Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətlərində, keçmiş köçkünlərlə keçirdiyi görüşlərdə hər dəfə deyirdi ki, biz nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik və əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Hər dəfə olduğu kimi, dövlətimizin başçısı bu vədinə də əməl etdi. Nə işğal dövründə, nə də müharibə
dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycan Prezidentinin polad iradəsinin, xalqımızın yenilməz əzminin qarşısında heç bir qüvvə dayana bilmədi. Şanlı Azərbaycan Ordusu erməni işğalçı ordusunu darmadağın etdi və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdi.
Dövlətimizin başçısının dediyi kimi, bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Bu gün Füzuli şəhəri və rayonun kəndləri sürətlə bərpa edilir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülüb. Heç bir şübhə ola bilməz ki, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan dövləti çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olub. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Yeri gəlmişkən, dövlətimizin başçısı və birinci xanım oktyabrın 17-də Füzuliyə səfər çərçivəsində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimlərində iştirak etdilər. Xüsusi qeyd etmək
lazımdır ki, Azərbaycanın iqtisadi qüdrətini və xalqımızın yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq HavaLimanıdır. Dövlətimizin başçısının Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Artıq bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə - keçmiş
köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Azərbaycan Prezidentinin həmin ərazilərə mütəmadi səfərləri, dövlətimizin başçısının öz əli ilə qoyduğu hər bir təməl daşı isə həmin günü daha da yaxınlaşdırır. O cümlədən Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı da rayonun Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Dövlətimizin
başçısı bildirdi ki, beş kəndi birləşdirən bu layihənin gələn ilin sonuna qədər icra ediləcəyi və yenilənmiş kəndlərin keçmiş köçkünlərin sərəncamına veriləcəyi nəzərdə tutulur. Qeyd edək ki, Füzuli rayonunda
yaradılacaq ilk yaşayış məntəqəsi olacaq Dövlətyarlı kəndində birinci mərhələdə 450, sonra isə əlavə 300 evin tikintisi planlaşdırılıb. Beləliklə, Füzuliyə həyat qayıdır və qayıdacaq. Prezident İlham Əliyevin dediyi kimi, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də
çiçəklənəcək.

Ülviyyə Ağayeva



Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap