Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Füzuli Diaqnostika Mərkəzində “od tutub yanan” analiz qiymətləri – SİYAHI

Tarix 11.12.19, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət xəstəxanalarında analizlərin tariflərinin hansı meyarlara əsasən müəyyənləşdirildiyini də demək çətindir. Çünki dövlət xəstəxanalarında analizlərin də pulsuz olduğu əsas gətirilir və heç bir xəstəxanada qiymət lövhələri asılmır. Füzuli Rayon Diaqnostika Mərkəzində də həmçinin. Xatırladaq ki, sözügedən tibb müəssisəsinin direktoru kimi laboratoriya şöbəsinin müdiri də “təzədir”.

AzFakt.com RealMedia.az-a istinadən xəbər verir ki mərkəzin rəhbəri Şaiq Şükürov tərəfindən irəli çəkilən laboratoriya müdiri Lalə Sabirli qısa müddət ərzində adi məvaciblə qazanıldığı inandırıcı olmayan kapital toplayıb. O da məlumdur ki, özü əmisi – Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun hesabına hazırki vəzifəsinə gələn Şaiq Şükürov Füzuli RDM-də qohumbazlıq siyasəti yürüdür. Amma Lalə Sabirli istisnadır – Şükürovların qohumları sırasında deyil. Bundan sonra olub-olmayacağını deyə bilmərik.

Başlıcası, o məlumdur ki, Lalə Sabirli laboratoriya müdiri keçəndən sonra burada analizlərin qiyməti necə deyərlər, “od tutub yanır”. Etibarlı mənbədən o qiymətlər barədə məlumatları öyrənmişik. Gəlin, onların sırasına göz ataq:


 Laboratoriyanın müdir əvəzi Lalə Sabirli

Qanda hemoqlabinin parametrlərinin qiymətləndirilməsi – 7 manat; infeksiya analizi – 90 manat; revmatizma analizi – 21manat; bruselyoz analizi – 20 manat; trapanen testi – 18 manat; kreatin analizi – 12 manat; xolesterol analizi -12 manat; ümumi qan tərkibi – 15 manat; qanın laxtalanma səviyyəsinin ölçülməsi – 3-5 manat; sidik analizi – 5-7 manat; zob analizi – 40-45 manat; qurd analizi (qanda qurda qarşı yaranmış anticisimlərin təyini) – 20-25 manat və s.

Qaqa hepatit analizi – hepatit C, hepatit B aşkarlanıb-aşkarlanmamasından asılı olmayaraq analizin cavabı hər yerdə 4-5 manat olduğu halda Lalə 25-30 manat alır. Deyir ki, Şaiq ona istədiyi qiyməti “oxumağa” icazə verib, arxasında durduğunu bildirib.



Laboratoriya müdiri hamilə qadınlardan infeksiya analizi adı ilə 90-95 manat alır.Yalandan deyir ki, Bakı şəhərinə göndərirəm. Bu azmış kimi, hər bir xəstədən əlavə 5 manat “taksi pulu” da alır.

Burun – boğaz, appendisit, yırtıq (qrıja) əməliyyatlarından öncəki analizlərə görə xəstələrindən 65-70 manat alınır. Halbuki, başqa dövlət tibb müəssisələrində bu qiymət qanunsuz da olsa, 15-20 manat təşkil edir.

Müəssisəyə gətirilən bütün dərmanları dördqat baha qiymətə satılır. Aydın məsələdir ki, bütün bu sadalanan korrupsiya halları Lalə Sabirlinin və RDM-in rəhbər vəzifəlilərinin dəbdəbəli, təmtəraqlı həyat tərzi keçirmələrinə imkan verir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etəyə hazırıq.





Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap