Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ölkəmizdə üzümçülüyü məhvə aparan şəxs – Tariyel Pənahov

Tarix 25.06.17, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktorunun başı biznesə qarışıb 

Peşəkar kadrları burdan uzaqlaşdıran institut rəhbəri partiya sədri olmaq iddiasına düşüb Azərbaycanda bir vaxtlar kənd təsərrüfatından əldə edilən ümumi mənfəətin 30 faizi üzümçülüyün payına düşürdü. Belə ki, 1984-cü ildə Azərbaycanda üzümlüklərin ümumi sahəsi 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq 2,1 milyon ton üzüm istehsal edilmiş, hər hektardan məhsuldarlıq 100 sentner olmuşdur. Hər il respublikada ticarət təşkilatlarına 30 min ton, o cümlədən Bakı şəhərinə 15-16 min ton süfrə üzümü göndərilirdi. Respublikadan kənara isə daha çox - 230-240 min ton süfrə üzümü ixrac edilirdi. Əhalinin qış aylarında təzə üzümlə təmin edilməsi üçün üzümçülük təsərrüfatlarında hər birinin tutumu 6 min ton olan 17 üzüm saxlayan soyuducu istifadəyə verilmişdi. Lakin keçmiş İttifaq rəhbərliyinin alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında 1985-ci ildə qəbul etdiyi qərar respublikamızda üzümçülüyün inkişafına ciddi zərbə vurdu. Bu qərəzli qərardan sonra Azərbaycanda 130 min hektardan çox məhsuldar üzüm bağı məhv edildi və uzun illər böyük zəhmət hesabına yaradılan infrastruktur dağıdıldı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu sahəyə diqqət yenidən artırıldı. Belə ki, müstəqil Azərbaycan Respublikasında üzümçülük və şərabçılığı yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" qəbul olunub. Qəbul olunmuş Dövlət Proqramı üzümçü mütəxəssislərin və üzümçülüklə məşğul olan sahibkarların sevincinə səbəb olmuşdur. Dövlət Proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək məqsədilə yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, tinglik təsərrüfatlarının yaradılmasının və üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, üzüm və şərabçılıq məhsullarının emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının və üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlama kameralarının tikintisinin dəstəklənməsi, üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracının stimullaşdırılması, üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması, üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi və onların istehsalı ilə bağlı sahələrin inkişafının dəstəklənməsi kimi vəzifələr müəyyənləşdirilib. 

Qeyd edək ki, bu sahənin yenidən dirçəldilməsində Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Confilict.az-ın apardığı araşdırmalar nəticəsində məlum olur ki, institutun direktoru Tariyel Pənahovun fəaliyyətində yer alan nöqsanlar üzümçülük sahəsinin inkişafına maneçilik törədir. 

Məlumata görə, institutun mütəxəssisləri üzüm bağları salınarkən əkin materialının keyfiyyətini lazımi səviyyədə yoxlamırlar: «Bu səbəbdən üzümlüklərdə karantin xəstəliklərinin yayılması təhlükəsi sürətlə artır. Gəncə-Qazax zonasında yayılmış bakterial xərçəng xəstəliyi buna misaldır. Xaricdən gətirilən tinglər xüsusi laboratoriyalarda yoxlanılmır. Xaricdən tinglərin gətirilməsi adı altında böyük miqdarda vəsait göyə sovrulmuş olur. Qiymətləri şişirdib büdcəyə ziyan vururlar. Vaxtilə ölkəmizin müxtəlif regionlarında ampeloqrafik kolleksiya bağları mövcud idi. Hazırda kolleksiyaların əksəriyyəti baxımsızlıq ucbatından yox olmaq həddindədir». Bizə verilən məlumatlarda o da deyilir ki, Tariyel Pənahov institutun peşəkar kadrlarını heç bir səbəb olmadan işdən uzaqlaşdıraraq hansısa maraqlarının müqabilində onların yerinə işçi götürür: «Direktor işə qəbulla yanaşı, işçilərin ezamiyyət və adlarına mükafat yazılmasından da qazanc götürür. Məhz bu tip işlərə imza atan direktor özünə geniş biznes şəbəkəsi yaratmağa müvəffəq olub». Mənbənin məlumatına görə, Tariyel Pənahov uzun müddət Kənd Təsərrüfatı Nazirliyində şərabçılıq şöbəsinin rəisi işləyib və böyük biznes imkanlarına malikdir. Mənbə onu da bildirir ki, Tariyel Pənahov hazırda Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) İdarə Heyətinin üzvüdür və qurumu o maliyyələşdirir. Hətta deyilənə görə, o yaxın zamanlarda partiyaya sədr keçə bilər. Mövzunun davamı olacaq. 

Conflict.az

Qarşı tərəfi də dinləyə bilərik.





Xəbərin oxunma sayı : 97




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap