Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Fatih Terim Türkiyə Futbol Federasiyasından 3,5 milyon avro təzminat istəyir

Tarix 22.09.17, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim yerli futbol federasiyasına xəbərdarlıq edib. "Report"un məlumatına görə, 64 yaşlı mütəxəssis vəzifəsindən müqaviləsi bitmədən göndərildiyi üçün təzminat tələb edir.

Vəkili vasitəsilə göndərdiyi bildirişdə Terim müqaviləsində yer alan 1 illik alacaqlarını istəyib.

15 noyabr 2013-cü ildə imzaladığı 5 illik müqaviləyə əsasən, Terimin illik qazancı 3,5 milyon avro olub. Bura mükafatlar daxil deyil. Bitiminə 16 ay qalmış müqaviləsi birtərəfli qaydada pozulan təcrübəli mütəxəssis 12 aylıq alacaqlarını tələb edib.

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənlə Terim arasında iyulun 26-da keçirilmiş görüşdə müqavilənin birtərəfli qaydada pozulması qarşılığında 3,5 milyon avro təzminat ödənilməsinə dair razılıq əldə olunub. Lakin təcrübəli mütəxəssis aradan keçən 2 aylıq müddətdə özünə hər hansı ödənişin edilməməsi səbəbindən iddia qaldırıb.

Qeyd edək ki, Fatih Terimə müqavilə üzrə qalan borc 4,66 milyon avrodur.



Xəbərin oxunma sayı : 136




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap