|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Fazil Məmmədov 1,2 milyonluq dələduzluqda ittiham edilir - Şok faktlar
Tarix 16.01.20, 18:25 |
|
Şəmkir klubunun alqı-satqısı zamanı Dilqəm İsmayılovu aldadıblar, indi isə onu və ailəsini iddiasından vaz keçməsi üçün hədələyirlər
“2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Dedilər ki, Fazil Məmmədov mənə məxsus ”Şəmkir" futbol klubunu ona təhvil verməyimi istəyir" - Şəmkirin Zəyəm-Çırdaxan kəndində yaşayan Dilqəm İsmayılov müxtəlif dövlət qurumlarına yazdığı şikayət ərizəsində təsisçisi olduğu futbol klubunun əlindən alınmasından bəhs edir.
Dilqəm İsmayılov “Yeni Müsavat”a deyib ki, məsələ ilə bağlı Fazil Məmmədovla görüşmək istəsə də, ona imkan verməyiblər: “Vəzifədən çıxarılandan sonra Şəmkirdəki hoteldə yaşayırdı. Ora da getmişdim, yenə də görüşməyə imkan vermədilər. Hazırda harada yaşadığını bilmirəm. Bakıda onun ”Synergi Group"un inzibati binasına da dəvət edilmişəm, amma yenə də mənim haqqımı vermədilər, klubu da qaytarmadılar".
Dilqəm İsmayılov məktubunda yazır ki, 29 noyabr 2001-ci il tarixdə yaranmış “Şəmkir” peşəkar futbol klubunun təsisçisidir: ““Şəmkir Peşəkar Futbol Klubu” ölkənin idman sahəsində kifayət qədər uğurlara imza atıb və öz adını yalnız müsbət mənada doğruldub.
Lakin 2014-cü ildən başlayaraq müxtəlif vəzifəli şəxslər tərəfindən “Şəmkir” peşəkar futbol klubuna təzyiqlər başladı ki, bu təzyiqlərin başlıca səbəbi klubun mənim əlimdən alınması idi. İlk öncə bir müddət sözügedən vəzifəli şəxslərlə mübarizə aparmağa nail olsam da, sonradan bunun mənə mənfi nəticələrlə başa gələcəyinə əmin oldum.
2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Mən onlardan görüşmələrinin səbəbini soruşduqda dedilər ki, Fazil Məmmədov mənə məxsus “Şəmkir” peşəkar futbol klubunu ona təhvil verməyimi istəyir. Klubun verilməsi üçün mənə hər hansı bir məbləğin verilməsini soruşduqda isə narahat olmamağımı, bunun Fazil Məmmədova aid olmasını və tezliklə kifayət qədər pulun veriləcəyini dedilər".
Məktub müəllifi yazır ki, saysız-hesabsız təzyiqlər nəticəsində 22 oktyabr 2014-cü ildə Şəmkir rayon Notariat Kontorunda klubda ona məxsus olan payı Fazil Məmmədovun adamının adına keçirib: “Adını və özünü sonradan tanıdığım, Fazil Məmmədovun işlərini görən Rövşən Kərim oğlu Mustafayevə 1 milyon 250 min manata satdım.
Alqı-satqı zamanı mən məbləğin Fazil Məmmədov tərəfindən qəbul edilib-edilməyəcəyini soruşduqda, mənə narahat olmamağımı, istənilən məbləğin Fazil Məmmədov tərəfindən veriləcəyini bildirdilər.
Alqı-satqıdan bir həftə sonra Rövşən Mustafayevlə əlaqə saxlayaraq pulumun hələ də verilmədiyini ona bildirdim. O isə öz növbəsində heç nədən xəbərinin olmamasını, klubun yalnız onun adına olmasını və pulu Fazil Məmmədovdan tələb etməyimi bildirdi. Qeyd edim ki, həmin zaman Fazil Məmmədov vergilər naziri idi və mənim ondan pul tələb etməyim tamamilə imkansız idi. Amma mən onun vicdanına arxayın olaraq pulumu gözləyirdim. Lakin zaman keçdikcə əmin oldum ki, Fazil Məmmədov mənə hər hansı bir məbləğdə pul verməyəcək. Bununla bağlı müxtəlif qurumlara şikayət etmək niyyətində oldum. Bundan sonra Fazil Məmmədovun adamları məni tapdılar və bunun üçün mənim başımın ağrıyacağını və sakit durmağımı bildirdilər. Beləcə, mən özümdən çox, ailəmi düşünərək sakit qalmağa məcbur oldum”.
Məktub müəllifi yazır ki, Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırılandan sonra onu “Synergi Group” ASC-yə dəvət ediblər: “Fazil Məmmədov nazir vəzifəsindən kənarlaşdırılandan sonra tanımadığım şəxslər tərəfindən ”Synergi Group" ASC-nin inzibati binasına dəvət edildim. Orada pulun qısa zamanda ödənilməsi ilə bağlı söz verdilər. Lakin bir müddətdən sonra məni aldatdıqlarının şahidi oldum. Beləliklə, mənə qarşı edilmiş dələduzluq faktı ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim, lakin bunun da hər hansı bir müsbət nəticəsi olmadı. Belə ki, 31 avqust 2019-cu il tarixdə Ağstafa rayonu, Xətai kənd sakini Rövşən Kərim oğlu Mustafayevin məni aldatması, onun və başqa şəxslərin məni hədələməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm.
Müraciətimin başlıca səbəbi ondan ibarət olub ki, 22 oktyabr 2014-cü il tarixdə mənə məxsus “Şəmkir” peşəkar futbol klubunda olan 100 faiz payı 1 milyon 250 min manata Rövşən Mustafayevə satmışam. Bununla bağlı Şəmkir Rayon Notariat Kontorunda 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə reyestrdə 3M-02-475 nömrə ilə qeyd olunub. Həmin zaman Rövşən Mustafayev müqavilə ilə nəzərdə tutulmuş 1 milyon 250 min manatı mənə verməyib. Sonradan verəcəyini bildirib. Lakin uzun müddət keçməsinə və dəfələrlə xəbərdar etməyimə baxmayaraq, Rövşən Mustafayev sözügedən məbləği mənə verməkdən müxtəlif bəhanələrlə yayınıb. Sonuncu dəfə ondan pulu istədikdə mənə tanımadığım nömrədən zəng gəlib və Rövşən Mustafayevdən əl çəkməyimi, sözügedən məbləği bir də istəməməyimlə bağlı kəskin irad bildirilib.
Şikayət ərizəm üzrə araşdırma aparan Şəmkir Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəşad Xəlilov “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2019-cu il tarixli qərar qəbul edib. Qeyd edim ki, hələ təhqiqatçı araşdırma apararkən bir neçə dəfə Rövşən Mustafayevlə görüşüb mənə verilməli olan məbləği ondan tələb etmişəm. Hər dəfə Rövşən Mustafayev mənə bildirib ki, bu işdən onun xəbəri yoxdur, əksinə, bütün işlərin arxasında keçmiş nazir Fazil Məmmədov dayanır. Sözügedən pulu da o, verməlidir. Belə olan halda, mən ondan həqiqətin müəyyən olunmasını sübut etməsini xahiş etdim və qarşılıq olaraq Rövşən Mustafayev notarial qaydasında ərizə verdi ki, 1 milyon 250 min manat məbləği o, mənə heç zaman verməyib.
Qeyd edim ki, bu hadisədən bir neçə gün sonra tanımadığım adamlar tərəfindən mənə zəng olunub və müxtəlif hədələr edilib. Bütün bu hadisələr barəsində, mənim və ailəmin həyatının təhlükədə olması ilə bağlı müvafiq qurumlara müraciətimin hələ ki nəticəsi yoxdur".
Xəbərin oxunma sayı : 670
Hadisə
Xəbərlər
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
TOP 10
ARXİV