|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Fazil Məmmədov Londona qaçmaq istəyir? - Sabiq nazirlə bağlı yeni iddialar
Tarix 12.02.21, 12:00 |
|
Sabiq nazirin dəyəri milyardlarla ölçülən vəsaiti illər öncədən Britaniyaya yerləşdirdiyi iddia edilir
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsə göndərilməsi daha bir eks-nazirin canına qorxu salıb. Şəmkirdəki malikanəsində yaşayan keçmiş vergilər naziri Fazil Məmmədov bugünlərdə səksəkə içindədir. Qapısına gələn hər kəs gözünə “qara maskalı” kimi görünür. Fazil Məmmədov Səlim Müslümov kimi həbsə düşmək istəmir.
Vergilər naziri olduğu dönəmdə sahibkarlara tutduğu divan, eləcə də nazirlikdəki rüşvət, korrupsiya o qədər aşkar və təkzibolunmaz idi ki, çoxları onun vəzifədən kənarlaşdırılan kimi həbs ediləcəyini gözləyirdi. Ancaq gözləntilər özünü doğrultmadı. “Xəstəyəm” deyib ah-vay edən, tez-tez xəstəxanaya aparılması xəbərləri ilə gündəmə gələn Fazil Məmmədov nazir olduğu günlərdə ölçüsüz corab kimi böyüyən biznes imperiyasının bir hissəsini itirsə də, ayaqda qaldı.
Ara-sıra Fazil Məmmədov yada düşür, ondan xalqdan oğurladıqlarını geri qaytarması üçün tələblərin olduğu eşidilirdi. Səlim Müslümovun həbsindən sonra isə vəziyyət dəyişib. İndi bəlli olur ki, onun ətrafında araşdırmalar hələ də davam etdirilir. Həmin araşdırmaya sabiq nazirə aid ölkədə və ölkədən kənarda yerləşən bütün əmlaklar, eləcə də onun yaxın ətrafının fəaliyyətinin də daxil edildiyi bildirilir.
Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazirin əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olunması xəbərləri yayıldı. Fazil Məmmədovun “səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışırdı. Əks halda, elə nazir olduğu dönəmdə belə xəbərlərin ictimailəşməsinə niyə mane olub? Və ya Fazil Məmmədov vəzifədən çıxarılan kimi xəstəlik tapdı? Əlbəttə ki, yox. Vəzifədə olarkən xalqdan oğurladıqlarını cilddən-cildə girməklə ört-basdır etməyə çalışdığı kimi, qovulandan sonra da bu şəkildə qorumağa baş vururdu. Ona zaman da tanımışdılar. Belə görünür ki, Fazil Məmmədov xalqın malından asanlıqla əl çəkmək niyyətində deyil.
Sabiq nazirin ata yurdu Şəmkirdə hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları vardı. Vəzifədən çıxarılandan sonra aparılan ilkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda salınan təkcə 1 parka görə büdcədən 830 milyon manat silinib.
Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa, məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirib. Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun da adı keçirdi.
Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Kiyevdəki hotel “11 Mirrors Design Hotel” adlanır. Bu haqda əvvəllər yazmışıq. Sadəcə, yada salmaqda fayda var.
Onun Kiyevdəki “Vladimirski” bazarı böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur.
Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.
Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı Fazil Məmmədovun kurasiyasında idi. Rayonda “Narzan” adlanan istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı.
Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləmək istəyir.
Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub. Sabirkənddə yan-yana 200-ə yaxın istixanada Fazil Məmmədovun adamları əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırırdılar.
Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub.
Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Sabiq nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa, “Yalta Meşə” Ailəvi İstirahət Mərkəzi də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.
Fazil Məmmədovun nazirliyi dövründə Şəmkir görkəmini dəyişib, müasirləşib. Amma görülən işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib. Qonşu Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazisi də sabiq nazirin aktivinə yazılır.
Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”a çevrilmiş biznesinin bir parçasına çevrilib. Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb. Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyekti kimi fəaliyyətdə olub. Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib. Bu cür “xortumlama” sayəsində Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olub. Özü zənginləşib, dövlət büdcəsinə isə milyardlarla manat vergilər çatmayıb!
Son məlumatlara görə, Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan Fazil Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur “Elselsior” (Excelsior) hotel şəbəkəsini satdığı da iddia olunur. Eks-nazirin Şəmkirdəki obyektlərini niyə birdən-birə satışa çıxardığı haqda məlumat yoxdur. Bu barədə bir neçə versiya irəli sürmək olar. Əvvəla, onun əvvəldə də dövlətə xeyli borcu olduğu və bunu qaytarmaq üçün zaman istədiyi deyilirdi. Səhhətində yaranmış problemlər səbəbindən ona müəyyən müddət güzəşt də edildi. Amma belə görünür ki, sabiq nazir bu müddəti daha da uzatmaq istəyi alınmayıb.
Səlim Müslümovun həbsi isə onu da qorxuya salıb və həbsə getməmək üçün oğurladıqlarını qaytarmaq üçün hərəkətə keçib. Ola bilsin ki, biznesini başqa ölkəyə köçürmək planı da var. Fazil Məmmədov nazir olduğu günlərdə özünün köməkçisi Qafar Qurbanovu və onun qardaşı, mühafizə xidmətinin rəisi Samiri Londona göndərmişdi.
Qafar Qurbanov uzun illər keçmiş Fazil Məmmədovun ən inanılmış adamı və sirlərinə bələd olan biri kimi ad çıxarmışdı. O dövrdə Qafar Qurbanov Fazil Məmmədova məxsus “AtaBank”ın Müşahidə Şurasının üzvü idi. Qurbanov nazir köməkçisi olsa da, nazirin özü qədər dəbdəbəli həyat sürürdü. Böyük maliyyə vəsaitlərinə birbaşa çıxışı olan Qurbanov Bakıda Az 90 AA 041 nömrəli müxtəlif lüks xidməti maşınlarda gəzirdi. Nazir köməkçisi olaraq Qurbanovun tez-tez Londona ezamiyyətləri də suallar doğururdu. Nazir köməkçisinin Londonda nə işi ola bilərdi?
Sonradan Fazil Məmmədov köməkçisi ilə mühafizə rəisini qəfil dəyişdi. Elə bir görüntü yaradıldı ki, sanki Fazil Məmmədov artıq bu qardaşlarla əlaqəyə malik deyil. Faktiki isə Fazil Məmmədovla qohumluq əlaqələrinə malik olan Qurbanovların bu gün də əlaqələrinin olması haqda xəbərlər var. Yəni Fazil Məmmədov illər öncədən özünün nazir postundan uzaqlaşacağı “qara gün” planını işə salmışdı.
Belə məlumatlar var ki, dəyəri milyardlarla ölçülən vəsait illər öncədən Qurbanovlar vasitəsilə Londona ötürülüb. Hazırda Qafar və Samir Qurbanovlar Londonda yaşayır. Onların ailə üzvləri Londonun ən bahalı alış-veriş mərkəzi olan Harrods-un daimi müştəriəri arasındadır. Hətta Qafar Qurbanovun Londonda “Triangle LTD” adlı şirkətə sahib olduğu da bildirilir.
Fazil Məmmədovun qaçış planı nazir olduğu günlərdən hazırdır. Qaçış baş tutsa, ölkədən oğurlanan milyardları geri qaytarmaq mümkün olmayacaq. Fazil Məmmədov 4 ilə yaxındır ki, nazir deyil və onun üçün cavab vermək zamanı çatıb...(musavat.com)
Xəbərin oxunma sayı : 1150
Gündəm
Xəbərlər
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
TOP 10
ARXİV