Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Fazil Məmmədovun yeznəsi 10 milyonla ölkədən qaçıb - Sensasiyalı iddialar

Tarix 15.12.17, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq nazirin  kurasiyasında olmuş “Snerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar

Fazil Məmmədov hesab edir ki, işdən çıxarılmasında  etimad göstərdiyi adamların rolu olub

Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir.  Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Sayt yazır ki, Şəmkir rayonunda inşa edilmiş “Şəmkir Aqropark” Logistika Mərkəzi Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olub. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.

1442825071_alimp5

İddialara görə, “Şəmkir Aqropark” kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir. Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçüldüyü vurğulanır.

Məlumata görə, Qüdrət Seyfullayev “Şəmkir Aqropark”ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd isə ayrılan pulların yeyintisini ört-basdır etmək olub. “Şəmkir Aqropark” kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.

Image result for Şəmkir Aqropark

Digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş “Snerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar.  Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir.

Related image

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Şəmkir şəhər icra nümayəndəsi Çingiz  Həsənov Fazil Məmmədov işdən çıxarılmazdan əvvəl ölkədən gedib. Onun özü ilə 10 milyon manat apardığı da iddia olunur. Bildirilir ki, həmin pullar Şəmkirdə mücərrəd bir layihənin gerçəkləşməsi üçün Çingiz Həsənova ötürülüb. Büdcə vəsaiti olan həmin məbləğin nəğdləşdirilərək götürüldüyü də gələn məlumatlar sırasındadır. Həmin məbləği Ç.Həsənov konkret hesaba köçürməli olub, lakin bunu etməyib və ölkədən həmin pullarla bərabər çıxıb.

Image result for Fazil Məmmədov

Bildirilir ki, hazırda Fazil Məmmədov həm də kadrlarına görə gərginlik içindədir. O hesab edir ki, işdən çıxarılmasında ətrafında olan və etimad göstərdiyi kadrların ona qarşı fəaliyyətdə olmaları əsas rol oynayıb. Vergi Nazirliyinin arxa kabinetlərində cərəyan edən gizli sövdələşmələr haqda məlumatlar hakimiyyətdəki müxtəlif çevrələrə sızıb.

Böyük məbləğlərin ölkədən çıxarılması zamanı yol verilən yeyintilər haqda məlumatlar kənara çıxıb. Fazil Məmmədov hələ 2013-cü ilin sonlarında, 2014-cü ilin əvvəllərində Vergilər Nazirliyində əcinnələri müəyyən etmək üçün o dövrdə vəzifədə olan Eldar Mahmudova üz tutmuşdu. Həmin vaxt Eldar Mahmudovun xəfiyyələri Vergilər Nazirliyində çalışan hər kəsi nəzarətə götürmüş, bütün şübhələr nazirlikdə çalışan Fazil Məmmədovun qohumlarının üzərində cəmlənmişdi. Həmin günlərdən birində xəbər yayılmışdı ki, Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi Samir Qurbanov işdən çıxarılıb. Bundan qəzəblənən Samir Qurbanov nazirliyin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutmuşdu. Samir Qurbanov vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır.



S.Qurbanovun vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin  idarəçiliyi ilə məşğul olan, “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşıdır. O dövrdə belə xəbər də vardı ki,  Samir Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər sələfi olub. S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” də (qeyri-rəsmi maaş) alırmış.

Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. Bu hadisədə gizlində qalan bir ad-soyad da vardı –  Rafael Qurbanov! Nazir Fazil Məmmədovla bibioğlu-dayıoğlu kimi qan qohumu olan Rafael Qurbanov da vəhhabi olan və nazirliyi güllələyən Samir Qurbanovun doğmaca əmisi oğlu imiş.  Fazil Məmmədov hər ay vəhhabilərə 50 min manat pul ödəyirmiş. Ta ki, onun yaxın qohumu Samir Qurbanov onun özünə qarşı çıxana qədər…

Fazil Məmmədovun Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə etdiyi də bildirilir. Qeyd olunur ki, Samir Qurbanov Vergilər Nazirliyində “qoçuluq” edəndən sonra Fazil Məmmədov onu həbsə aldırılıb. Amma onu çox da həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı, əmisi  Fazil Məmmədovu və Binəqədinin İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovu gizlinlərini ictimailəşdirməklə təhdid ediblər.

Image result for xaləddin

Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda  Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı.  Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atdı, Samir Qurbanovu həbsə yollayan Fazil Məmmədov özü onu oradan xilas etdi. Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var.  Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun.  

Hazırda Fazil Məmmədovun qubernatorluğuna daxil olan rayonlarda – Şəmkir, Gədəbəy, Binəqədi, Yardımlıda icra hakimiyyəti başçıları da çıxılmaz durumdadır. Fazil Məmmədovun qəfil işdən çıxarılması ona arxalanıb qanunsuzluqlara qol qoyan icra başçılarının durumunu kəskin şəkildə ağırlaşdırıb. Bu gün bu rayonlardan istənilən birinə prokurorluğun yoxlama qrupu göndərilsə, çoxsaylı qanunsuzluqların müyyən olunacağı şübhəsizdir.

Image result for Ramiz Yediyarov

Gədəbəydən aldığımız son məlumatlara görə, icra başçısı Ramiz Yediyarov qeyri-müəyyənlikdən istifadə edərək idarə və təşkilatlardan pul yığdırır. Başçı pulun hansı məqsəd üçün yığıldığını demir, tələsik şəkildə pul yığımı ilə bağlı tapşırığının icra olunmasını istəyir. Bu tələskənliyin nə ilə əlaqəli olmasını isə bilən yoxdur. Belə xəbərlər var ki, R.Yediyarov patronu Fazil Məmmədiov kimi qəfildən işdən çıxarılacağını ehtimal etdiyindən tələskənliyə düşüb. Bu həm də onu göstərir ki, Fazil Məmmədovun kadrları olan icra başçıları çamadan ab-havasındadırlar…(musavat.com)




Xəbərin oxunma sayı : 2239




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap