Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 08 Dekabr 2019

    Azərbaycanlı model ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Noyabr 2019

    Tünzalə Ağayeva açıq-saçıq paltarda - Foto

  • / Maqazin / — 02 Noyabr 2019

    Azərbaycanlı müğənni yarıçılpaq şəklini paylaşdı - FOTOLAR

  • / Maqazin / — 17 Oktyabr 2019

    Azərbaycanlı aparıcı yataqda seksual pozlar verdi - FOTOLAR

  • / Maqazin / — 16 Oktyabr 2019

    Müğənni Mina sərxoş olub sinəsini açdı - FOTO

  • / Maqazin / — 15 Oktyabr 2019

    Afaq yenə alt paltarında fotolarını yaydı – FOTOLAR

Fazil Mustafadan Fəzail Ağamalıya daha bir sərt cavab -“bu cür cahil qafaların...“

Tarix 03.08.19, 0:42

Font ölçüsü : - / +
bitmap-img6


"Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı"

Millət vəkilləri Fazil Mustafa ilə Fəzail Ağamalı arasındakı polemika davam edir.

Musavat.com xəbər verir ki, F.Mustafa F.Ağamalı barədə yazdığı son statusda öncə onun açıqlamasını xatırladıb. Açıqlama aşağıdakı kimidir:

F.Ağamalı: "Onlara toxunmaq, onları addımbaşı, haqsız yerə təftiş etmək yol verilməzdir, tariximizə xəyanətdir. Edərsən, əllərin, qələm tutan barmaqların, danısan dilin yanar. Həm də sual olunur: axı sən bu tarixi şəxsiyyətlərlə müqayisədə doğrudan- doğruya kimsən!?”

F.Mustafa isə ona cavab olaraq aşağıdakıları qeyd edib: "Fəzail Ağamalı vətənpərvərlik pafosu ilə verdiyi açıqlamanın sonunda şəxsimizə qarşı belə bir sual yönəldib. Dərhal düşünürsən ki, bu cür cahil qafaların yönləndirdiyi millət inkişaf edə bilərmi? İnsanlar gözüyumulu, bütə sitayiş edirmiş kimi tarixi şəxsiyyətlərə də sitayiş etməlidir? Onların etdiyi faydalı və zərərli əməlləri insanlar müzakirə edib nəticə çıxarmamalıdır? Baxın, Azərbaycanda tarixin fəlsəfəsini anlamayan bir tarix üzrə elmlər doktorunun tipik obrazıdır Fəzail Ağamalı. Bunların həmişə səsləndirdiyi bir qeyri-elmi arqument var: deyirlər ki, ermənilər özlərindən saxta tarix uydururlar, biz də belə etməliyik. Buyurun, siz ermənilərin etdiyini təkrarlayın. Biz türklər öz yanlışlarımızı üzə çıxarmaqdan qorxmamalıyıq. Çünki geriçiliyimizin mənbəyini tapmadıqca erməniyə də, rusa da, farsa da hər zaman məğlub olmağa məhkumuq. İndisi və gələcəyi barədə sağlam düşüncəsi olmayan xalqlar əsasən tarixə mədət yeri kimi baxırlar. Mənim kimliyimə gəldikdə isə Azərbaycanda alimliyi kitabları ilə deyil, ancaq diplomla təsdiqlənən cahillərin qarşısında öz doğrularını qətiyyətlə savunan və onların savadsızlığını üzə çıxaran, Axundovun, Rəsulzadənin, Ağaoğlunun, Hüseynzadənin bu millət üçün miras qoyduğu sağlam dünyagörüşü onlara öyrədən Azərbaycan vətəndaşıyam! Kaş ki, bizdə elmi diskusiyalar üçün normal məkan, mühit olaydı, bu cür saxta vətənpərvərlərin tezislərinin nə qədər çürük və mənasız olduğunu rahatlıqla ortaya qoyardım. Necə ki, bunu bir neçə dəfə televiziyalardakı debatlarda etmişəm və az-çox obyektiv düşüncəli insanlar buna şahiddirlər”.

 



Xəbərin oxunma sayı : 925

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda